Xəzər rayon İcra Hakimiyyətinin Türkan qəsəbəsi üzrə icra nümayəndəsi işdən çıxarılıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, Türkan qəsəbəsi üzrə icra nümayəndəsi Rahil Babayev tutduğu vəzifəsindən azad olunub.
Xəbəri Türkan qəsəbəsi üzrə icra nümayəndəliyindən Unikal.org-a təsdiqləyiblər.
Qeyd edək ki, bir neçə gün öncə sabiq icra nümayəndəsinin oğlu Məhəmməd Babayev odlu silahdan atəş açaraq bacısını öldürüb.
Famil Fərhadoğlu