Cənubi Afrika Respublikası vətəndaşı Nizamuddin İsmail DİN-in Instagram səhifəsi vasitəsi ilə müraciət edib.
Unikal.org xəbər verir ki, DİN rəhbərliyi tərəfindən onun müraciətinə dərhal reaksiya verilmiş və müsbət həll edilib.
Nizamuddin İsmail yenidən yazaraq operativ reaksiyaya görə təşəkkürünü bildirib və minnətdarlığını çatdırmaq üçün polis əməkdaşlarını çay süfrəsinə dəvət edib.
DİN Mətbuat Xidmətinin təşəbbüsü və Nəsimi RPİ-nin əməkdaşlarının iştirakı ilə görüş baş tutub.