Millət vəkili Novruz Aslanov ölkədə epidemioloji-sanitar vəziyyəti nəzərə alaraq, deputat seçildiyi İsmayıllı rayon sakinlərinin xüsusi rejimli karantin dövründə ehtiyaclarının qarşılanması məqsədilə münasib vaxtlardarayona gedərək öz ofisində seçicilərini qəbul edir.

Unikal.org xəbər verir ki, sentyabr ayının 24-də Novruz Aslanov İsmayıllı rayonuna növbəti səfərini edib. Sanitar tələblərə riayət olunaraq qəbula gələn hər bir sakin lazım olduğu halda görüşdən öncə qoruyucu maskalarla təmin edilib.Qaldırılan məsələlər əsasən sosial yönümlü olub. Bəzi məsələlər yerindəcə həll edilib. Digər məsələlər qeydə alınaraq, əlaqədar qurumlara göndərilməsi nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, ehtiyaclarının qarşılanması məqsədilə deputata müraciət edən rayon sakinlərinə ərzaq və qeyri-əqzaq yardımları edilir.