Bakıda dəhşətli qətl hadisəsi baş verib.
Unikal.org Oxu.az-a istinadən xəbər verir ki, hadisə Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib.
Qətlə yetirilənlərdən biri qatilin bibisi, 1959-cu il təvəllüdlü Cavadova Tamilla, digəri isə nənəsi Esmira adlı qadın olub.
İlkin məlumatlara görə, onlar həmin ünvanda birlikdə yaşayıblar.
Kişi qurbanlarına çoxsaylı bıçaq zərbələri vuraraq, hadisə yerindən qaçıb.
Onun axtarışları aparılır.