Bakının mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda sentyabr ayının 26-ı səhər saatlarından etibarən xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bu barədə Unikal.org paytaxtın kommunal strukturlarına istinadən xəbər verir.
“Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraqsakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur”, - deyə məlumatda bildirilir.