Azərbaycan Vəkillər Kollegiyasında kadr dəyişikliyi olub.

Unikal.org xəbər verir ki, bu barədə Trend-ə kollegiyadan məlumat verilib.

Məlumatda bildirilir ki, Vəkillər Kollegiyasının Aparat rəhbəri Fərhad Nəcəfov öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Hazırda bu vəzifənin icrası Vəkillər Kollegiyası Aparatının əməkdaşı Bayram Orucova tapşırılıb.