Dünyanın bir çox ölkələrində koronavirusa yoluxma halları əhəmiyyətli dərəcədə artıb.
Unikal.org xəbər verir ki, artıq 10 ölkə rəsmi şəkildə koronavirusun ikinci dalğasının yaşandığı barədə məlumat verib.
Bunlar Belçika, Bosniya və Herseqovina, Xorvatiya, Çexiya, Yunanistan, Niderland, Serbiya, Slovakiya, Sloveniya və İspaniyadır.
Eyni zamanda İsrail bu gündən etibarən ölkə ərazisində ümumi karantin tətbiq etməyə başlayıb. Sinaqoqlar, müəssisələr, marketlər bağlanıb, ictimai nəqliyyat marşrutlarının sayı azaldılıb.
Qeyd edək ki, Cons Hopkins Universitetinin məlumatına görə, sentyabrın 25-də dünyada 32 136 855 yoluxmuş insan qeydə alınıb, 981 808 nəfər ölüb. Ən çox yoluxma və ölüm halları ABŞ-da qeydə alınıb.