“Kapital Bank”a əmanətlərin qaytarılması ilə bağlı ittiham
13:16 19-12-2012
İQTİSADİYYAT
“Kapital Bank”a əmanətlərin qaytarılması ilə bağlı ittiham
Bank Azərbaycan vətəndaşı olmayanlara ödəniş zamanı “denominasiya”dan necə qazanır?
Azərbaycanda Sovet əmanətlərinin qytarılmsını həyata keçirən “Kapital Bank”la bağlı narazılıqlar səngimir. Əmanətlərin qaytarılmasının ilk günündən başlayan həmin narazılıqlarla bağlı isə ortaya maraqlı iddia çıxıb.
Həmin iddia ilə tanış olmamışdan əvvəl “Kapital Bank”la bağlı vətəndaş şikayətlərindən biri ilə tanış olaq.
Adına bank əmanəti olan Telman Ramizovun varisləri keçmiş SSRİ Əmanət Bankının əmanətləri üzrə birdəfəlik ödəniş alan zaman “Kapital Bank”dan 378 manat 46 qəpik əskik pul alıblar. Səbəb odur ki, onun qızlarından biri (Tur Sənubər) Türkiyəyə ərə gedib və bu ölkənin vətəndaşıdır.
1 mart 1991-ci ildə vəfat edən mərhum Əmanət Bankına 12 min 708 manat qoyub, buna görə indi 1135 manat 40 qəpik almalıdır. MİS-də Ramizovlar ailəsinə arayış veriblər ki, Telmanın vəfatı zamanı onun mənzil sahəsində 3 nəfər qeydiyyatda olub - həyat yolsdaşı (Şəfiqə Ramizova), oğlu (Fərhad Ramizov) və qızı. Ramizovun evlənərək başqa ünvanlarda yaşayan uşaqlarının etirazlarına nə ¹1 notarial kontorda, nə MİS-də reaksiya verməyiblər.
Vətəndaşlar bu instansiyaların məsləhəti ilə yalnız deyilən qohumların sənədlərini yığıblar. “Kapital Bank”ın Səbail-2 şöbəsində (İçərişəhər) deyiblər ki, məbləğ üç yerə bölünəcək, iki ölkə vətəndaşı ödəniş alacaq, Türkiyə vətəndaşı üçün hesab açılacaq, 378 manat iki dəfə denominasiya olunacaq (əvvəlcə 5 minə, sonra 10-a bölünəcək). Sənubət Tur Bakıya gəlsə, 7 qəpik alacaq.
Belə faktlar yetrərincədir. Bunu şərh edən mənbələr isə prezidentin 14 mart 2012-ci il tarixli fərmanına istinadən bildirirlər ki, Azərbaycan vətəndaşı olmayan varislər birdəfəlik ödəniş hüququndan məhrum edilib və onların adına xüsusi hesab açılır və məbləğ denominasiya edilir.
Varisin payı ilə denominasiya edilmiş qəpiklər arasındakı fərqin hara getməsi barədə suala isə cavab yoxdur. Bilinən odur ki, fərman belə tələb edir. Sənədə dərindən nəzər saldıqda bu cür heç nə müşahidə edilmir, müvəkkil bankın saytında da bu suala cavab yoxdur.
Bu gün xaricdə minlərlə Azərbaycan vətəndaşı olmayan Əmanət Bankı əmanətçisi yaşayır. Onların hər birinə hesab açılsa, məbləğlər isə denominasiya olunsa, “Kapital Bank”ın xeyrinə MİS və notariat kontorlarının iştirakı ilə vətəndaşların hüquqlarının necə pozulduğunu təsəvvür etmək olar.
Dövlət başçısının fərmanına əsasən, birdəfəlik fərdi ödənişlər şəxsi əmanətlərin indeksləşdirilməsi deyil. Keçmiş SSRİ qanunvericilik aktlarında və Azərbaycan qanunlarında dövlətin Əmanət Bankının öhdəlikləri üzrə məsuliyyəti nəzərdə tutulmayıb. Demə, indiki ödənişlər dövlətin əmanətlərin qiymətdən düşməsi ilə bağlı öz vətəndaşlarına əlavə köməyidir və dövlətin maliyyə gücünün artması ilə əlaqədardır.
Hər halda qanunvericilik aktında belə deyilir. Bundan itirən vətəndaşlardır, bəs qazanan kimlərdir? Bax bunu elə yazını diqqətlə oxuduqda görə bilərsiniz.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48