Səlim Müslümovun da işçilərini yoxlamağa başladılar
13:18 19-12-2012
İQTİSADİYYAT
Səlim Müslümovun da işçilərini yoxlamağa başladılar
DSMF-nin rayon şöbələrini çətin günlər gözləyir
Hesablama Palatası tərəfindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Goranboy rayon şöbəsinin gəlir və xərclərinin icrasının auditi aparılacaq. Bu barədə verilən məlumata görə, qurumun kollegiya iclasında bununla bağlı proqram təsdiq edilib.
İclasda həmçinin Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsinin gəlir və xərclərinin icrası üzrə auditin nəticəsinə dair Rəy və Hesabat müzakirə olunaraq təsdiq olunub. Nəzarət tədbirinin nəticəsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumatın təqdim edilməsi qərara alınıb.
Qeyd edək ki, özəl mənbələrdən əldə etdiyimiz məlumata görə, Səlim Müslümovun rəhbərlik etdiyi DSMF-nin rayon şöbələrində yoxlamalar davamlı olacaq. Qurumun bir çox yerli şöbələrində korrupsiya ilə ağlı şübhələrin olduğunu deyən mənbə Səlim Müslümovun rayonlardakı işçilərini çətin günlərin gözlədiyini istisna etmir. “Belə yoxlamalar əsasında ortaya çıxan neqativ faktlar yalnız Milli Məclisə təqdim edilməklə yekunlaşmır. Həmin faktlar həmçinin aidiyyatı üzrə prokurorluq orqanına göndərilir və gərəkən hüquqi addımlar atılır. Bu mənada Səlim Müslümovun rəhərlik etdiyi DSMF-nin rayon şöbələrinin qarşıda çətin günlərin gözlədiyini əminliklə söyləmək olar”.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00
2024-12-23 10:39:39
2024-12-23 10:06:03
2024-12-23 09:28:54