Azərbaycanın AŞPA sınağı
13:18 19-12-2012
İQTİSADİYYAT
Azərbaycanın AŞPA sınağı
Ştrasser cəbhəsi hucuma keçəcək
Avropa Şurası Parlament Assambleyasının yanvar sessiyası Azərbaycan üçün kifayət qədər gərgin olacaq. Belə ki, Azərbaycanla bağlı hazırlanan hesabatda bir neçə prinsipial məsələlər var ki, bu məsələlər münasibətləri kifayət qədər gərginləşdirə də bilər. Qeyd edək ki, artıq Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərinə həsr olunmuş məruzə üzv dövlətlərə, o cümlədən Azərbaycana məlumdur.
Bu hesabatda diqqəti ilk növbədə cəlb edən məsələ Dağlıq Qarabağla bağlı hissədir.Ekspertlər hesab edir ki, məhz Azərbaycan üçün Dağlıq Qarabağla bağlı məruzədə göstərilənlər çox vacibdir və bu problemə AŞPA-ni rəsmi yanaşması kimi xarakterizə ediləcək. Məruzə ilə bağlı qətnamə layihəsinin üçüncü bəndində qeyd olunub ki, Azərbaycan qarşı hərbi işğal həyata keçirilib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bəyan edib ki, bu sənədi Azərbaycan deyil, AŞPA Monitorinq Komitəsinin məruzəçiləri hazırlayaraq təqdim ediblər. Bu, məruzənin dəyərini ikiqat artırır. Ermənilər məruzəyə hər hansı əngəl yaratmağa çalışsalar, mən buna təəccüblənmərəm. Onlar hətta bu məruzənin qeyri-obyektiv hesab olunmasına cəhd edəcəklər. Çünki məruzədə onların işğalçılıq siyasəti, cinayətkarlığı ilə bağlı məsələlər əks olunub. Bu, məruzənin qiymətini xeyli artırır”.Amma ekspertlər bildirir ki, erməni lobbisi artıq aktivləşib və ortaya belə bir iddia atılıb ki, məlum hesabat qəbul olunarsa bu ATƏT-in Minsk qrupunun fəaliyyətinə ciddi zərbə olacaq. Məhz bunu əsas gətirərək Dağlıq Qarabağla bağlı bəndin çıxarılmasına çalışılacaq. Qeyd edək ki, dəfələrlə BMT-də də Dağlıq Qarabağ problemi müzakirə olunan zaman Ermənistan tərəfi bunu dayandırmağa müvəffəq olmuşdu və onda da iddia olunmuşdu ki, BMT-də müzakirələrin aparılması ATƏT-in Minsk qrupunun fəaliyyətinə zərbə olar. Buna görə də müşahidəçilər bildirir ki, Azərbaycan indidən AŞPA-da lobbiçilik fəaliyyətini gücləndirməlidir. Amma bu kifayət qədər çətin olacaq. Çünki Azərbaycana qarşı prinsipial mövqe tutan kifayət qədər güc var və hazırda onlardan biri də AŞPA-in Aərbaycanda insan haqları üzrə məruzəçisi Kristofer Ştrasserdir. Qeyd edək ki, məruzəçi Azərbaycanda daha çox siyasi məhbusun olduğunu iddia edir və hakimiyyətə qarşı aqressivliyi ilə tanınır. Artıq belə bir faktın mövcudluğunu Səməd Seyidovda təsdiqləyib:- “Avropa Şurası Parlament Assambleyasının yanvar sessiyasına təqdim olunan məruzədə Azərbaycan hökumətinin ünvanına xeyli tənqidi məsələlər yer alıb”.
Onun sözlərinə görə, Azərbaycan tərəfi heç bir zaman tənqiddən qorxmur: “Bu tənqidlərə diqqətlə qulaq asırıq, əgər tənqid konstruktivdirsə və reallıqları əks etdirirsə, biz bu tənqidləri qəbul etməyə hazırıq. Biz beynəlxalq qurumlarda sözügedən tənqidlərdən istifadə edib Azərbaycana qarşı təzyiq olunmasının əleyhinəyik. Bu təzyiqin qarşısında tutarlı cavab verməyə hazırıq. Avropa Şurasının siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin məruzəsini qeyd etmək istərdim. Bu məruzəni yalan və böhtanla dolu, reallığı əks etdirməyən, Azərbaycanın Avropa Şurasına inteqrasiyasına xidmət etməyən bir sənəd, bir cəhd kimi qiymətləndirirəm. Kristofer Ştrasser Avropa Şurası demək deyil. Belə təqdim etməyə çalışırlar ki, Kristofer Ştrasserin mövqeyi beynəlxalq təşkilatın mövqeyidir. Əsla belə deyil. Azərbaycanla AŞPA arasındakı münasibətləri heç vaxt bir şəxsin timsalında təhlil edilməməlidir. Bu münasibətlər normal, konstruktiv şəkildə inkişaf edir”.
Amma müşahidəçilər bildirir ki, Ştrasserin hazırladığı hesabata müdaxilə etmək mümkün olmayacaq. Çünki Azərbaycanın mövqeyi son zamanlar zəifləyib və qarşılığında Azərbaycana qarşı sərt ittihamlar artıb. Belə ki, “kürü diplomatiyası” bəhanəsi ilə Azərbaycana açıq dəstək verən AŞPA deputatları indi kənara çəkilib və demək olar ki, bu proses daha da güclənir. Buna görə də kimlərinsə risk edib Ştrasserin hesabatına qarşı çıxacağı inandırıcı görünmür. Bu prosesdə Azərbaycan sadəcə olaraq MDB üzvü olan bəzi dövlətlərə bel bağalaya bilərki onların da səsi yetərli qədər deyil.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42