Zeynalabdin Tağıyevin nəslinin davamçısı, Fransada yaşayan Alban Kloud Ermənistanın təxribatına qarşı etirazını ifadə edib.
Unikal.org xəbər verir ki, Alban Kloud bununla bağlı maraqlı paylaşım edib.
“Dünəndən başlayaraq Ermənistanla Azərbaycanın Qarabağdakı təmas xəttində güclü döyüşlər gedir. Vəziyyətin ciddiliyini və mənim Azərbaycanla bağımı nəzərə alaraq yazdığım bu mətni və illüstrasiyalaşdırdığım xəritəni fransız dostlarımla paylaşmağa haqqım çatır.
Mən müharibənin əleyhinəyəm, lakin çoxtərəfli diplomatiya son otuz ildə bu saxta, dondurulmuş münaqişənin həllinə dair başqa bir alternativ təklif edə bilməyib.
Bu yazım, xüsusi ilə şərhçilər tərəfindən gözardı edilən Qarabağ məsələsinə Azərbaycanın mövqeyini və bu münaqişədə Fransanın rolunu anlamağa imkan verəcək”, deyə o paylaşımında bildirib.
Alban Kloud sonda istənilən müzakirəyə hazır olduğunu, izləyicilərin fikirlərini ona [email protected] ünvanı vasitəsilə çatdıra biləcəyini yazıb.