ATƏT-in Minsk qrupundan necə xilas olmaq olar?
13:19 19-12-2012
İQTİSADİYYAT
ATƏT-in Minsk qrupundan necə xilas olmaq olar?
Yalnız BMT vasitəsi ilə
“ATƏT-in Minsk Qrupunda dəyişikliyə ehtiyac var”. Bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Səlcuq Ünal deyib. O, ATƏT-in Minsk Qrupunun tərəfsizliyini itirdiyini bəyan edib: “Türkiyəyə qarşı böhtan xarakterli qanun layihələrini parlamentində qəbul edən bir ölkənin Ermənistana münasibətdə bitərəf olmasından söhbət gedə bilməz, ona görə də Fransanın Minsk Qrupundakı üzvlüyünə yenidən baxılmalıdır. Rusiyanın da Ermənistanı dəstəklədiyi kimsəyə sirr deyil. Minsk Qrupunda İrlandiya kimi ölkələr də var, onlar da uzaqlaşdırılaraq Minski Qrupunun çevik və aktiv fəaliyyətinə nail olmaq lazımdır. Türkiyə bu işdə əlindən gələn hər şeyi obyektiv şəkildə etməyə hazırdır”.
2009-cu il oktyabrın 10-da imzalanmış Sürix protokollarının taleyi haqda sualı cavablandıran S. Ünal bildirib ki, Ermənistan Konstitusiya Məhkəməsi 2010-cu ilin yanvarında qəbul etdiyi qərarla Sürix protokollarını şikəst vəziyyətə salıb: “Ona görə də bizim protokolları yenidən parlamentin gündəliyinə gətirməklə bağlı hər hansı təşəbbüsümüzdən söhbət gedə bilməz. Biz Azərbaycan torpaqlarının erməni işğalından azad edilərək bölgədə ədalətli sülh yaranması üçün xoş niyyətlə atılacaq hər addıma xoş niyyətlə qarşılıq verə bilərik, ancaq bunun üçün ilkin şərtlərin yerinə yetirilməsi lazımdır ki, bunun da başında Azərbaycan torpaqlarının işğaldan azad edilməsi gəlir”.S. Ünal hazırda Ermənistanla birbaşa və ya vasitəçilər kanalı ilə hər hansı əlaqələrinin olmadığını vurğulayıb.Maraqlıdır, bəs ATƏT-in Minsk qrupu hansı şəkildə dəyişdirilə bilinər? Bunu öncəliklə qeyd edək ki, bir müddət öncədə belə bir kampaniya başlamışdı və bildirilirdi ki, Fransanı Böyük Britaniya ya da Almaniya əvəzləyə bilər. Rusiyaya gəldikdə isə regiondakı prosesləri Rusiyanın iştirakı olmadan həll etmək mümkün olmadığından hesab edilirdi ki, Rusiya qala bilər. Amma format böyüdülməli və Türkiyədə həmsədrliyə daxil edilməlidir. Amma ekspertlər bununla bağlı heç də nikbin fikirdə deyillər. Nəyə görə? İlk növbədə ona görə ki, həmsədrlərin dəyişdirilməsi mexanizmi yoxdur. Çünki həmsədrlərin dəyişdirilməsi hər iki tərəfin, yəni Azərbaycanla Ermənistanın istəyi ilə dəyişə bilər. Ermənistan isə buna heç bir halda razılıq verə bilməz. Belə olan halda yeganə ümid, həmsədrlərin özlərinin bundan imtinası ola bilər. Hazırkı məqamda hansısa ölkənin həmsədrlikdən imtinası isə onun beynəlxalq nüfuzuna, regionda olan təsirinə xələl gətirmiş olar. Belə olan halda isə deməli həmsədrlərin dəyişdirilməsi mümkün deyil. Amma ekspertlər başqa maraqlı təkliflərdə verir. Bunlar nədən ibarətdir? Bildirilir ki, Azərbaycan tərəfi rəsmi şəkildə bəyan edə bilər ki, ATƏT-in Minsk qrupu maraqlara cavab vermir və on illər ərzində heç bir nəticə əldə olunmayıb. Buna görə də ATƏT-in Minsk qrupunun ümumiyyətlə buraxılmalı və bunun yerinə Avropa Şurası ilə əməkdaşlığı dərinləşdirmək olar. Avropa Şurası isə yeni tərkibdə qurum formalaşdıra bilər ki, burda da Türkiyə və ya Böyük Britaniyanında iştirakı mümkün ola bilər. Ekspertlər bunu da bildirir ki, belə bir addımın da atılması nəzəri baxımdan mümkün olsada praktik baxımdan çox çətindir. Buna görə Azərbaycan BMT-in imkanlarından maksimum dərəcədə yararlanmalıdır. Xatırladaq ki, BMT-in Dağlıq Qarabağla bağlı konkret qətnamələri var və Azərbaycan bu arqumentdən yararlana bilər. Bunu da qeyd edək ki, Azərbaycan hazırda BMT-in Təhlükəsizlik Şurasının qeyri-rəsmi üzvüdür və bu imkandan istifadə edərək Dağlıq Qarabağ problemini yenidən müzakirəyə çıxara bilər. Bu müzakirənin nəticəsi olaraq yeni işçi qrupun yaradılmasına da nail olmaq daha asanddır. Həm də belə olan halda Ermənistanın etriazları mənasız olar. Amma bir məsələdə var ki, ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlər daima BMT-də ki, müzakirəni əngəlləyə biliblər. Xatırladaq ki, Fransa və Rusiya həm də BMT-də Təhlükəsizlik Şurasının üzvləridir və Dağlıq Qarabağ probleminin müzakirəyə çıxarmasının qarşısını almaq üçün veto hüququndan yararlana bilərlər. Amma BMT-in əsas toplantılarında Azərbaycan lobbi dəstəyi alarsa buna nail olmaq mümkündür.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07