Azərbaycanlı xakerlər ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatları, Ermənistan ordusunun ciddi itkiləri və düşmənin məğlubiyyəti barədə İrəvan sakinlərinə dəqiq və dolğun məlumatların çatdırılmasını təmin edib.
Unikal.org xəbər verir ki, Azərbaycan xakerləri bunu İrəvanda yerləşən mağazaların birindəki müşahidə kameraları vasitəsilə həyata keçirib.
Belə ki, azərbaycanlı xakerlərin sayəsində İrəvandakı "Tea & Coffee Planet" dükanında satıcı və müştərilər üçün hər axşam cəbhədən ən son və doğru xəbərlər, Qarabağdakı Ermənistan hərbçiləri arasında çoxsaylı itkilər barədə dürüst məlumatlar verilir.