"Məktəblər iki kateqoriyaya ayrılır: şagird sayı 200-dən yüksək və 200-dən aşağı olanlar".
Unikal.org xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili mövzusunda keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, şagird sayı 200-dən az olan kiçik kənd məktəblərində yoluxma olmadığını nəzarə alaraq həftədə iki dəfə deyil 5 dəfə ənənəvi formada tədris aparıla bilər: "Belə məktəblərin sayı 2 307-dir"