Məktəblər açılandan bu günə qədər 210 şagirddə koronavirus aşkarlanıb.
Unikal.org xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev 5-9-cu siniflərdə və məktəbəhazırlıq qruplarında əyani təhsilə başlanılması ilə bağlı sentyabrın 30-da keçirilən brifinqdə deyib.
O bildirib ki, şagirdlər daha çox ailədaxili şəraitdə yoluxub. Nazir əlavə edib ki, məktəblərin bir az da çox açılması yoluxmanı müəyyən qədər artıra bilər:
"Növbəti iki həftə üçün proqnozlaşdırma etmək olar, amma növbəti dövrü proqnozlaşdırmaq mümkün deyil. Yayda ən pis vəziyyət demək olar, bizdə idi, amma digər ölkələrdə yaxşı idi. Amma indi vəziyyət dəyişib. Amma verilmiş situasiyadan asılı olaraq 4 tədris planı var və uyğun olan tədris planını da tətbiq edirik".