Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianələr edilməklə ordumuza və dövlətimizə dəstək kampaniyasına başlanılıb.

Unikal.org xəbər verir ki, ianələrin qəbulu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin bütün poçt şöbələri ilə yanaşı, "Şəbəkə" xidmət mərkəzlərində də həyata keçirilir. 

Qurumlar və fiziki şəxslər tərəfindən köçürülən vəsaitlərə görə xidmət haqqı nəzərdə tutulmayıb.

Qeyd edək ki, bu ödənişlərin ləğv imkanı yoxdur. 

İanələr hüquqi şəxslər tərəfindən edildikdə sistemə təşkilatın VÖEN-i, fiziki şəxslər tərəfindən isə şəxsiyyət vəsiqəsinin nömrəsi daxil edilməklə icra olunur.