Ermənistanın baş nazirinin birinci müavini Mqer Qriqoryan oktyabrın 2-də Moskvaya səfər edib.

Unikal.org xəbər verir ki, bu barədə  “EADaily” öz mənbəyinə istinadla məlumat yayıb.

Bildirilir ki, Qriqoryanın Rusiyanın paytaxtında bir neçə görüşü planlaşdırılıb.

Mənbə görüşlərin məxfiliyini qeyd edərək, detallarını açıqlamayıb. Lakin Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağda münaqişə kəskinləşdikdən sonra Rusiya prezidenti Vladimir Putinə iki dəfə telefonla zəng etdiyini nəzərə alsaq, Qriqoryanın Moskvaya kömək üçün uçduğunu ehtimal etmək olar.