Hacıbala Abutalıbova "zəhərlənmə zərbəsi"
12:23 20-12-2012
İQTİSADİYYAT
Hacıbala Abutalıbova "zəhərlənmə zərbəsi"
Bakı merinin niyə əl-ayağa düşdüyü məlum oldu
Məlum olduğu kimi, dekabrın 13-də Binəqədi rayonu 138 saylı uşaq bağçasında uşaqlar kütləvi zəhərlənmə halı qeydə alınıb. Uşaqlar evə qayıtdıqdan sonra valideynləri övladlarının halsız olduqlarını görüblər. Ümumilikdə 230 uşaqdan 13 nəfərinin səhhəti pisləşdiyindən onlar valideynləri tərəfindən Səhiyyə Nazirliyi 2 saylı Uşaq və 7 saylı Şəhər xəstəxanalarına "qida zəhərlənməsi" diaqnozu ilə yerləşdirilib. Hər iki xəstəxanada onlara müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Bağçada uşaqların zəhərlənməsi isə uşaqlarını bağçalara etibar edən valideynlərdə haqlı narahatlıq doğurub. Üstəlik, belə bir olayın bağçalar məhz Bakı şəhər İcra Hakimiyyətinin balansına verildikdən sonra yaşanması da müəyyən müəmmalar yaradır.
Xatırladaq ki, Binəqədi rayonu 138 saylı uşaq bağçasında uşaqlar kütləvi zəhərlənməsinin səbəbi artıq məlum olub. Bağçada hər gün bişirilən yeməklərin soyuducuda saxlanılan qalıqlarından nümunələr götürülüb. Həmin nümunələrin laborator müayinələrinin nəticələrinə əsasən makaronlu ət nümunəsində, bağçanın rus bölməsində orta qrupda çalışan Gülnarə Mikayılovanın
burnunda və Fəridə Elmitusun əsnəyindən götürülmüş rutin nümunələrində, o cümlədən xəstəxanaya yerləşdirilmiş 10 üşağın 8-nin qusuntu materiallarında stafilokokk-arinus bakteriyaları aşkarlanıb. Arpa yarması şorbasında, əşya və qablardan götürülmüş nümunələrdə bağırsaq çöpləri bakteriyaları aşkarlanıb. Bir sözlə, artıq bağçalarda sanitar-gigiyenik tələblərin necə qorunması yönündə əndişələr var. Və heç bir təminat yoxdur ki, məlum hadisə də sonuncu olacaq.
Məlumdur ki, bu il yanvarın 1-dən bağçalar yerli icra hakimiyyətlərinin tabeçiliyinə verilib. Bakıda isə bağçalar üzərində nəzarət birbaşa paytaxt icra hakimiyyətinin, daha da dəqiq desək, Hacıbala Abutalıbovun nəzarətindədir. Məlum zəhərlənmə olayından sonra isə ortaya elə çıxıb: bağçaların meriyanın balansına verilməsi doğru addım idimi? Bəlkə ağçalar elə əvvəlki kimi Təhsil Nazirliyinin nəzarətində qalmalı idi?
Haqqında danışılan və ciddi ictimai ajiotaj doğuran zəhərlənmə hadisəsindən sonra mətuatda çeşili suallar səslənir. Onların bir qismi belədir: Bağçalarda qidaların keyfiyyətinə nəzarət necə həyata keçirilir? Hətta bişirilmiş qidanın sonradan çirkləndirildiyi mənbənin aydınlaşdırılmasının çətinliyini bir kənara qoysaq belə, axı xəstə bağça işçisi nə üçün işə buraxılır? Bu nəzarət mexanizmi necə olmalıdır? Axı qidaya bakteriyanın məhz o işçilərdən düşdüyü də istisna olunmur?!
Bu qədər sualların yaranmsı da təsdiqləyir ki, bağçaların icra hakimiyyətlərinin nəzarətinə verilməsinin nə qədər doğru olub-olmadığı bir daha müzakirə mövzusu ola bilər. Görünür, Bakı meri Hacıala Abutalıbovun zəhərlənmə hadisəsindən sonra xeyli əl-ayağa düşməsi, hətta lütf edib jurnalist suallarını cavablandırması da məhz o narahatlığın nəticəsidir ki, bir daha belə bir olay təkrarlanmasın, əks halda o bağçalar üzərində nəzarətini itirə bilər.
Bildiyimiz qədəri ilə bu hadisədə ilginc bir nöqtə də var: bağçaların ərzaq təminatı birbaşa Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir. Abutalıovun ərzaq təminatı ilə bağlı sifarişləri hansı formada yerinə yetirdiyi isə bəlli deyil. Bağçalar Təhsil Nazirliyinin tabeçiliyində olarkən bəzi firmalar aşkarlanmışdı ki, onlar heç bir tendersiz və şişirdilmiş qiymətlərlə bağçaların ərzaqla təminatını həyata keçirirlər. Bəs bağçalar Bakı şəhər İcra Hakimiyyətinə verildikdən sonra bu proses necə aparılır, nə qədər şəffaf yerinə yetirilir? Bax bu sualın cavabı məlum deyil.
Və nədənsə Abutalıbovun idarəsində bu barədə suallara cavab verməyi sevmirlər də. Əcəa, görəsən niyə?!
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-23 12:30:00
2024-12-23 10:39:39
2024-12-23 10:06:03
2024-12-23 09:28:54
2024-12-23 09:17:32
2024-12-21 12:17:35
2024-12-21 11:02:55
2024-12-20 17:13:00
2024-12-20 15:33:58
2024-12-20 13:45:49
2024-12-20 11:44:20
2024-12-20 09:27:05
2024-12-20 09:26:35
2024-12-19 17:02:00
2024-12-19 16:23:03
2024-12-19 12:32:00
2024-12-19 09:39:00
2024-12-19 09:33:16
2024-12-19 09:10:00
2024-12-18 23:52:54