Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel Ermənistan-Azərbaycan münaqişəsində mülki əhali arasında itkilərin sayının artmasını qəbuledilməz adlandırıb və hərbi əməliyyatların dayandırılmasına çağırıb.

Unikal.org xəbər verir ki, C.Borrel bu barədə "Twitter"də yazıb.

"Həftəsonu Ermənistan və Azərbaycan nazirləri ilə danışıqlar apardım. Mülki itkilərin artması qəbuledilməzdir. Hərbi əməliyyatlar dərhal dayandırılmalıdır", - deyən Borel hesab edir ki, ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqlar qısa müddətdə bərpa olunmalıdır.