Diplomatların soyuq savaşı
12:31 20-12-2012
İQTİSADİYYAT
Diplomatların soyuq savaşı
ABŞ səfirinin ikibaşlı oyunu
Son zamanlar ABŞ-in ölkəmizdə ki, səfiri Morninqstarın müxalifətlə görüşməsi birmənalı qarşılanmadı. Hətta bununla bağlı YAP rəsmiləri də etirazlarını bildirdilər və səfirlikdən bununla bağlı izahat tələb etdilər. Bundan sonra səfir bəyan etdi ki, görüşlər müxalifətin istəyi ilə baş tutur və burda hansısa başqa siyasi məna axtarmaq olmaz.
Açıqlamadan sonra isə səfir YAP-in bəzi nümayəndələri ilə də görüş keçirtdi. Amma deyəsən bu görüşlər heç də birmənalı qarşılanmayacaq. İndi isə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu daha sərt açıqlama ilə çıxış edərək səfiri ermənipərəst diplomat adlandırdı. Morninqstarın müxalifət liderləri ilə intensiv görüşlər keçirməkdə niyyətinin sağlam olmadığını deyən M.Əhmədoğlu səfiri ermənipərəst olmaqda ittiham edib.
"Təbii ki, bu görüşlər müxalifətin təşəbbüsü ilə baş tutmur. İstər iqtidar nümayəndələri ilə olsun, istərsə də müxalifət nümayəndələri ilə keçirilən görüşlər, bunlar birbaşa səfir tərəfindən həyata keçirilir. Azərbaycanda digər mühüm ölkələrin səfirləri olduğu təqdirdə, belə görüşlərin məhz ABŞ səfirliyi tərəfindən təşkil olunnası maraq doğurur. Hesab edirəm ki, ABŞ səfirinin niyyəti heç də sağlam deyil.
Amerikanın Azərbaycandakı və eləcə də Ermənistandakı səfiri Dağlıq Qarabağ məsələsi ilə bağlı eyni mövqedən çıxış edirlər. Çox təəssüf ki, ABŞ rəhbərliyindən fərqli olaraq bu ölkənin Azərbaycan və Ermənistandakı səfirliklərinin Qarabağ məsələsindəki mövqeləri sırf ermənipərəst mövqedir. Ermənistana dəstək verərək, onlar üçün əlavə resurslar yaradırlar. Ola bilər ki, ABŞ səfiri bu məsələ ilə Azərbaycan iqtidarına təzyiq göstərmək istəyir.",- deyə politoloq vurğulayıb.
M.Əhmədoğlu daha sonra Azərbaycanda 2013-cü ildə keçiriləcək prezident seçkilərinə toxunaraq bildirib ki, ABŞ səfiri müxalifətlə nə qədər belə görüşlər keçirsə də, ölkədəki ictimai-siyasi prosseslərə təsir etmək imkanına malik deyil:
"Müxalifətin içində də sağlam qüvvələr çoxdur. ABŞ səfiri bunu özü görür. Belə görüşlər keçirilsə də, Amerika səfirliyinin Azərbaycanda gedən ictimai-siyasi prosseslərə təsir etmək imkanı məhduddur. Çünki ABŞ-ın Azərbaycan üzrə prioritetləri bəllidir. Bu ölkənin Azərbaycandakı səfirliyi də artıq-əskik hərəkət edərsə, Azərbaycan diplomatları bunu cavabsız qoymayacaqlar".
Maraqlıdır, həqiqətənmi ABŞ səfiri bu qədər təhlükəli və proseslərə təsir etmə gücündədir? Öncəliklə bunu qeyd edək ki, bir ilə yaxındır ki, ABŞ səfirliyi sözün həqiqi mənasında müxalifətin bir nömrəli dəstəkçisinə çvrilib. Bundan öncə isə bu missiyanı Norveçin ölkəmizdə ki, səfirliyi həyata keçirirdi. İndi isə missiya ABŞ səfirliyindədir. ABŞ səfirliyinin ilk ciddi addımı bundan ibarət oldu ki, ölkədə ki, əksər diplomatlarla İctimai Palatanın görüşünü təşkil etdi. Bu hakimiyyət üçün ciddi siqnal idi. İndi isə səfir bir başa müxalifətlə ardıcıllıqla görüşlər keçirir. Çoxları hesab edir ki, bu görüşlər heç bir nəticə verməyəcək. Amma məsələnin başqa tərəfi də var. "Unikal"ın apardığı araşdırmalar göstərir ki, ABŞ səfirliyi illər ərzində tək Bakıda yox, həm də əksər rayonlarda müxalif düşüncəli QHT-lər formalaşdıra bilib. Ayrılan qrandlar vasitəsi ilə könüllülər dəstələri müxtəlif bölgələrdə sözün həqiqi mənasında baza yaratmağa çalışır və buna bəzən nail olublar. Sadəcə olaraq bu qüvvələr indiyə qədər aktivləşdirilmir. Ekspertlər bildirir ki, seçkilər zamanı ABŞ səfirliyi bu qüvvələri aktivləşdirə bilər. Bununla yanaşı bu gün Azərbaycanda onlarla ABŞ-a bağlı irili , xırdalı şirkətlər var ki, bunlarda unudulmamalıdır. Yəni ümumilikdə götürəndə aydın olur ki, ABŞ səfirliyi ölkədə ki, proseslərə müdaxilə etmə gücünü özündə saxlayır. Bundan başqa İctimai Palata yaransada cəmiyyətdə özünə yer tapa bilmədi. Amma səfirlərlə görüşlərin təşkili İctimai Palatanı kifayət qədər aktuallaşdı və bir axın yarandı. Bu isə o deməkdir ki, həmin vaxt ABŞ səfirliyi məhz ictimai Palatanın ictimailəşməsi üçün etmişdi və übut olundu ki, ictimai rəyə təsir etmə gücü var. Beləliklə aydın olur ki, əslində ABŞ səfirinin fəaliyyəti kifayət qədər iki başlıdır və bununla bağlı müəyyən cavab addımları atılmalıdır. Bir detalı da unutmaq lazım deyil ki, heç bir ölkənin səfiri özbaşına addım atmır. Deməli ölkənin Xarici İşlər Nazirliyi bu məsələyə xüsusi önəm verməlidir.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42