Dağlıq Qarabağ komitəsinə ehtiyac varmı?
12:32 20-12-2012
İQTİSADİYYAT
Dağlıq Qarabağ komitəsinə ehtiyac varmı?
Parlament bununla heç nəyə nail ola bilməz
Son zamanlar Dağlıq Qarabağ problemi müxtəlif dairələrdə müzakirə olunmaqdadır. Bir tərəfdən ATƏT-in Minsk qrupu regiona ardıcıl səfərlər edir, digər tərəfdən isə ən yüksək dairlərdə belə fikirlər səsləndirilir ki, ATƏT-in Minsk qrupu ümumiyyətlə buraxılmalı və məsələ BMT çevrəsində həll olunmalıdır.
Bu arada isə Dağlıq Qarabağla bağlı başqa bir təklifdə gəldi.Millət vəkili Fərəc Quliyev Dağlıq Qarabağ problemi ilə bağlı komitənin yaradılmasını tələb etdi:-"Hesab edirəm ki, bizim kamil qanunvericilik bazamız var. Onun həyata keçirilməsi üçün hakimiyyət qollarının hamısı - məhkəmə, icra və qanunverici orqan birlikdə çalışmalıdır. Həmin istiqamətdə müəyyən işlər görülməlidir. Bütün bunlara baxmayaraq, bir sıra sahələrdə boşluqlar mövcuddur. Məsələn, biz hələ Qarabağla bağlı daimi komitənin yaradılmasına nail olmadıq. Yaxud dinləmələrin keçirilməsinə müvəffəq ola bilmədik. Yaxud veteran və şəhid ailələri ilə bağlı dövlət komitəsinin yaradılması təklif etmişdim, amma təşəbbüs həyata keçmədi. Maaşların artırılması da əsas təkliflərimdən biri idi. Təşəbbüslərimizin bir hissəsi reallaşmasa da, hər halda həyata keçənləri də var. Parlamentdə bir qrup deputat fəallıq nümayiş etdirdi. Hesab edirəm ki, qanunverici orqan üzvlərinin 80 faizi o qədər də fəal olmadı, bu da var. Düşünürəm ki, Milli Məclisin işlək və normal çalışması üçün proporsional və mojaritor sistemin birgə tətbiqinə ehtiyac var. Belə olarsa, cəmiyyətdə partiyaların gücü də müəyyənləşər və düşüncəni ora daşımaq da rahat olar. Mübarizələri meydanlardan parlamentə daşımaq olar". Maraqlıdır, millət vəkilinin bu təklifi nə qədər əsaslı və yerində olan təklifdir? Ekspertlər məsələyə heç də birmənalı yanaşmırlar . Nəyə görə? İlk növbədə ona görə ki, Dağlıq Qarabağ problemi artıq ölkədaxili bir problem deyil və beynəlxalq münaqişə statusu alıb. Belə olan halda bu məsələyə ölkədaxili məsələ kimi yanaşmaq sadəcə məntiqsizlikdir. Tutalım, lap komitə yaradıldı. Bu komitənin fəaliyyəti, problemin həllinə təsir mexanizmi nədən ibarət olacaq? Ekspertlər bildirir ki, faktiki olaraq komitənin hansısa qərar çıxarıb, bunun icrasına nail olması mümkünsüzdür. Çünki problemin məlum olduğu kimi iki həll yolu var, ya danışıqlar ya da müharibə. Parlament isə sözsüz ki, bunların heç birini etmək iqtidarında deyil. Belə olan halda komitənin yaradılmasında məqsəd nədir? Başqa bir məqam, Dağlıq Qarabağla bağlı dinləmələrin olması istənilir. Maraqlıdır, Dağlıq Qarabağla bağlı parlamentdə dinləmələrin olması nələrlə nəticələnəcək? Aydındır ki, heç bir nəticədən söz gedə bilməz. İllər öncə belə bir dinləmə oldu və nəticə demək olar ki, heç nə oldu. Bu gün Dağlıq Qarabağ problemini yenidən parlamentə daşımaq, hətta hansısa qanunun qəbulunu istəmək mənasızlıqdır. Dağlıq Qarabağ problemi bu gün Ermənistanda hakimiyyətlərin dəyişdirilməsi, intriqa oyunları üçün istifadə olunan bir alətə çevrilib. Dağlıq Qarabağ problemini bu gün Azərbaycanda da daxili siyasi oyunlar üçün alətə çevirmək nə qədər mənntiqli olar? Yəqin ki, burda məntiq axtarmağa ehtiyacda yoxdur. Bunu da nəzərə almaq lazımdır ki, Azərbaycanın Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ problemi ilə bağlı aparılan hər bir işlə cəmiyyəti məlumatlandırılır və hər həftə keçirilən mətbuat konfransında xırda detallar belə gündəmə gətirilir. Belə olan halda millət vəkilinin təklifi heç bir əhəmiyyət daşımır. Amma bunun əvəzinə millət vəkillərinin daha aktiv olmaları, başqa ölkələrin parlamentlərində Dağlıq Qarabağ problemini müzakirələrə çıxartmalara nail olmaları daha normal iş olardı. Təssüflər ki, bu məsələdə çox az millət vəkilinin aktivliyini görürük. Digər tərəfdən qeyd edək ki, Dağlıq Qarabağ probleminə yanaşmada cəmiyyətin siyasi qüvvələri arasında da fikir ayrılığı yoxdur. Mövcud hakimiyyət problemi ilk növbədə danışıqlar yolu ilə həll etməyə çalışdığı kimi , müxalifət və ya digər qüvvələrdə eynən bu məntiqlə düşünürlər. Belə olan halda, yəni ortada qaranlıq heç bir məqam olmadığından əlavə müzakirələr açmaqda yəqin ki, sadəcə olaraq vaxt itkisi olar.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42