Tağı Əhmədovun metrosunu sevməmək olarmı?
12:34 20-12-2012
CƏMİYYƏT
Tağı Əhmədovun metrosunu sevməmək olarmı?
Sağlamlığımızın qeydinə qalan məmur haqqında kiçik bir replika
Kimi dindirirsən, məmurlardan incikliyini dilə gətirirlər. Daha demirlər ki, məmurlarımız bizə sevinc, xoşbəxtlik və sağlamlıq bəxş etmək üçün əllərindən gələni əsirgəmirlər. Necə?
Məsələn, götürək akı metrosunu və onun şair ürəkli şefi Tağı Əhmədovu.
Bir baxın bizim metropoliten necə inkaşf edir, böyüyür, genişlənir. İldən-ilə yeni stansiyalar açılır. Afərin, Tağı Əhmədov! Fəxr edirik!
Düzdür, metrostansiyalarının sayı artır, amma hərəkət tezliyi dəyişmir. Amma bunu da qəsdən edirlər, bizim üçün edirlər.
İnanmırsınız? Bir anlığa fikirləşin: hərəkət tezliyi dəyişsə, qatarlar daha tez-tez gələcək, düzdür? Bu isə bizə darıxdırıcı olar, maraqlı deyil. Ən əsası, xeyirli deyil. Gəlirsən, boş oturacağa oturursan və öz stansiyanadək gedirsən. Heç bir hərəkət, heç bir tıxac yoxdur. Bu sizə lazımdır?
Halbuk biz indi hər gün metroda az qala idman edirik. Getdikcə daha çox vətəndaşımız hər gün öz sağlamlığının qayğısına qalmaqla bağlı ümumrespublika aksiyasına qoşulur. "İşə çatmaq istəyirsənsə, vaqona soxulmağa çalış" adlı oyun soydaşlarımızı o qədər cəlb edir ki, onlar qaydalara rəğmən, bəzən "komandalarının" tərkibini dəyişməyə də imkan vermirlər. Bəzi "oyunçular", sadəcə, lazım olan olan stansiyada vaqonu tərk edə bilmirlər. Qalanları oynamaq arzusu ilə alışıb yansalar da, vaqonun qapısını aça bilmirlər, çünki yenə də qaydalara rəğmən, düşənlərə yol verməyib vaqona minirlər.
Kimsə sizin qəfildən ayağınızı tapdayırsa, bundan pis nə var? Ağrıya qarşı dözüumlülük yaranır adamda, bunun nəyi pisdir?
Kimsə gözlənilmədən belinizə minir, bəyəm pisdir bu? İdmandır də! İdmn isə sağlamlığın rəhnidir, necə deyərlər, sağlam bədəndə sağlam ruh olar.
Və Allah xətrinə, deyin, bundan sonra hər gün bizim qayğımıza qalan məmurları necə sevməyək?
Hə? Özünüz deyin, necə? Mən sizdən - bütün günü sosial şəbəkələrdə bizim məmurlarımızı naşükürlüklə qınayanlardan soruşuram?.. Sizə heç ayıb deyil? Bir damcı vicdanınız olsun, bir utanın... İnsanlar sizin qayğınıza qalır... Eybi yoxdu, siz qınamağınızda olun. Mən isə bizim işgüzar məmurlarımızın uğurlarından danışmaqda davam edəcəyəm.
Azər Aslan
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27