İnsan haqlarına sayğısızlığın daha bir nümunəsi
12:35 20-12-2012
CƏMİYYƏT
İnsan haqlarına sayğısızlığın daha bir nümunəsi
Dünən "Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi" I Beynəlxalq Bakı Forumunda çıxışında Türkiyənin Dini İşlər İdarəsinin rəhbəri Mehmet Görməz bildirib: "İldə bir neçə dəfə din azadlıqları, insan haqları barədə hesabatlar yayımlanır.
Bu hesabatlarda insanların ədalətdən nə dərəcədə uzaqlaşdığını görə bilirik. Nədənsə həmin hesabatlarda Xocalı soyqırımı ilə bağlı məqamlara rast gəlmək olmur. Yaxud insan haqları ilə bağlı bəlli bir coğrafiyada kiçik hadisənin necə böyüdüldüyünü, digərində isə böyük faciənin üzərindən keçirildiyinin şahidi oluruq".
O deyib ki, dünyada yeni münasibətlər sisteminə ehtiyac var: "Tarix boyu din-dövlət münasibətləri müxtəlif xarakterli olub. Zaman-zaman dindən dövlət hakimiyyətinin gücləndirilməsi üçün də istifadə edilib. Din cəmiyyətin rifahının və sabitliyinin yeganə qarantı olub. İslam dini - müsəlman coğrafiyasında hər sahədə təməl kimi əsas götürülən normativ dəyərlərin qaynağıdır. Dəyərlər dünyasında islam hər bir müsəlmanın stabil həyat sürməsinə yardımçı olub. Qərbdə isə dünyəvilik din və dövlət arasında münasibətlərdə tənzimləyici rol funksiyasını yerinə yetirib. Dinin dövlətin təsirində tutan yanaşması isə düzgün deyil".
Mehmet Görməz qeyd edib ki, dini inancını itirənlər mili kimliklərini də itiriblər: "Ötən əsrin əvvəllərindən İslam dininə qarşı hücumlara bəzi dövlət strukturları da dəstək olub. Məsələn, qardaş Azərbaycanın ateizmin hökmranlığı altında keçirdiyi 100 il buna misaldır. Hazırda bir çox ölkələrdə dinin nüfuzdan salınması cəhdlərini müşahidə edilir".
Gənclərlə iş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyevin "Unikal"a bildirdiyinə görə, ümumən beynəlxalq qurumklar Azərbaycana münasibətdə həmişə ikili standartlardan çıxış edib. Bunun ən tipik nümunəsini son zamanlar gördük. Azərbaycan xalqı son iyimi ildə dəfələrlə ən qəddar təcavüzlərə məruz qalıb, amma bu beynəlxalq qurumların hesabatlarında bu faktlar ya öz əksini tapmır, ya da tendensiyalı şəkildə şərh edilir. Məsələn, "Freedom House" deyilən beynəlxalq təşkilat Azərbaycanda, eləcə də dünyanın bir sıra ölkələrində söz, insan hüquqları və azadlığı haqqında illik hesabatlar yayır. Təəssüflə qeyd etmək istəyirəm ki, bu cür hesabatlar qərəzli və obyektivlikdən çox uzaqdır.
Şura sədrinin sözlərinə görə, bu hesabatlarda Azərbaycan reallığında baş verən hadisələr təhrif olunur və öz əksini tapmır: "Bu bir qrup üzdəniraq ekspertlərin, QHT rəhbərlərinin verdikləri rəylər əsasında dərc olunub. Təşkilatın 2012-ci il hesabatında Azərbaycan azad olmayan ölkələr sırasında göstərilir. Çox təəssüfləndirici haldır ki, həmin beynəlxalq təşkilatın rəhbərliyi Azərbaycandakı hadisələrə dərindən bələd olmadan belə bir hesabat dərc ediblər. Bu təşkilatın qarşısına qoyduğu məqsəd və məramlardan biri söz, eləcə də dünyada insan hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir. Əlbəttə ki, bu şəxsi, subyektiv fikrin, təxəyyülün məhsuludur".
N.Mehdiyev deyib ki, Azərbaycanda fəaliyyət göstərən gənclər qeyri-hökumət təşkilatları "Freedom House" beynəlxalq təşkilatının 2012-ci il üçün yaydığı hesabatla razılaşmır və bunu subyektiv mülahizələrin nəticəsi kimi qiymətləndirir: "Hesab edirik ki, bu mövqe Azərbaycan haqqında qərəzli mövqedir və müxtəlif beynəlxalq dairələrin, hətta belə fikir var ki, bu hesabat Ermənistan tərəfindən idarə olunan, maliyyələşdirilən müxtəlif lobbi qruplarının fikirlərini əks etdirir. QHT və gənclər təşkilatları olaraq tədbirə toplanan 200-ə qədər ictimai şuranın üzvü ona bəyanatla da çıxış edib. Bu bəyanat həmin beynəlxalq təşkilatın öz ünvanına da göndəriləcək və bizim etirazlarımız orada öz əksini tapacaq".
Qarabağ Azadlıq Təşkilatının sədriAkif Nağının sözlərinə görə, "Məğlub hesab edilən xalqın haqqı həmişə yeyilib. Ona görə də Azərbaycan xalqı öz hüququnu və haqqını özü təsbit etməlidir. Xocalı soyqırımına betynəlxalq səviyyədə laqeydliyin müşahidə edilməsi də bundan irəli gəlir. Bu xalq döyüş meydanında qalib kimi öz sözünü deyəndən sonra çoxları onun haqqını tanıyacaq. Məhz buna görə dəfələrlə demişəm ki, şəhuidlərimizin müqəddəs ruhlarına həm ölkəmizdə, həm də xarici dairələrdə səmimi hörmət bəslənməsini istəyiriksə, torpaqülarımızı işğal etmiş ermənilərin cavabı lazımi şəkildə verilməlidir".
Adil
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50