Isgəndər Xəlilovun bacısının əri həbs edildi
12:34 21-12-2012
İQTİSADİYYAT
Isgəndər Xəlilovun
bacısının əri həbs edildi
"Milyarderlər İttifaqı"nın üzvünü aparatda eşitmədilər
Son zamanlar Rusiyada və Azərbaycanda ciddi biznesə sahiblənən İsgəndər Xəlilov gündəmdən düşmür. Rusiyada "Milyarderlər İttifaqı"nın yaranmasında aktiv iştirak edən iş adamı hazırda hakimiyyətin qara siyahısına düşmüş şəxslərdən birinə çevrilib. Xatırladaq ki, Moskvada yaradılan bu ittifaqda azərbaycanlı iş adamları təmsil olunur və ilk gündən yaranan qurum hakimiyyətin etirazı ilə qarşılanıb.
Bununla bağlı açıqlama verən PA-in rəhbəri Ramiz Mehdiyev bəyan etmişdi ki, qurum yaranmamışdan öncə təşkilatçılardan biri ilə görüşüb və belə bir təşkilat yaratmaqla Rusiyadakı azərbaycanlıların diasporasını parçalayacaqlarını bildirib. Amma onlar PA rəhbərinin sözlərinə əhəmiyyət verməyərək təşkilatı yaradıblar. Bundan sonra isə iş adamlarına qarşı münasibət kifayət qədər soyuyub. Hətta təşkilatçılardan biri baş nazirin keçmiş müavini Abbas Abbasov dəfələrlə PA rəhbərliyi ilə görüşməyə çalışsada buna nail ola bilmədi. Həmin ərəfədə isə bildirildi ki, təşkilatı yaradan və Azərbaycanda bizneslə məşğul olan şəxslərin biznesinə əl qoyulacaq və fəaliyyətləri araşdırılacaq. Qeyd edək ki, təşkilat üzvlərindən yalnız Abbas Abbasovla, İsgəndər Xəlilovun Bakıda biznesləri var. "Unikal"a daxil olan məlumata görə artıq iş adamlarına qarşı proses başlayıb. Belə ki, İsgəndən Xəlilovun bacısının yoldaşı Məmməd Məmmədovun həbs olunma xəbəri yayılıb. Qeyd edək ki, Məmməd Məmmədov Azərbaycan Müəllimlər İnstitutunun Quba filialının direktoru vəzifəsində çalışırdı. Amma "Milyarderlər İttifaqı"nın yaradılmasından sonra o dərhal vəzifəsindən azad edildi. Bunu da qeyd edək ki,Azərbaycan müəllimlər institutunun rektoru, millət vəkili Aqiyyə Naxçıvanlı PA-in rəhbəri Ramiz Mehdiyevin kadrı kimi tanınıb və direktor Məmməd Məmmədovu məhz akademik Ramiz Mehdiyevin göstərişi ilə tutduğu vəzifədən azad edib. Amma məsələ bununla tamamlanmayıb. O, postunu itirəndən sonra barəsində araşdırmalar başlayıb və nəticədə haqqında Respublika Prokurorluğu yanında Korrupsiya İdarəsində cinayət işi açılıb. Mənbə bunu da bildirir ki, İsgəndər Xəlilov bacısının yoldaşının həbsdən azad edilməsi və haqqında qaldırılan cinayət işinin xətm olması üçün ən yüksək səviyyədə danışıqlar aparsa da heç nəyə nail ola bilməyib. Bununla da İsgəndər Xəlilov ilk zərbəsini aldı. Amma məsələnin heç də bununla tamamlanmayacağı söylənilir.
İlkin Rzazadə
Digər Xəbərlər
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42