Putin Azərbaycana görə Ukrayna prezidentini hədələdi
12:36 21-12-2012
İQTİSADİYYAT
Putin Azərbaycana görə Ukrayna prezidentini hədələdi
Vəfa Quluzadə: "Vladimir Putinin erası çoxdan başa çatıb və o, keçmiş sovet respublikalarına qarşı şantajla məşğul olmağa başlayıb"
Ukrayna prezidentinin Bakıya qəfil səfərinin motivləri aydın olur, Rusiya prezidenti ondan tələb edib ki, MDB Gömrük İttifaqına daxil olmaqla bağlı tarixi bəyanatla çıxış etsin.
Ukrayna prezidenti Viktor Yanukoviçlə Rusiya prezidenti Vladimir Putin arasında ciddi gərginlik yaranıb. RBK Daily agentliyinin xəbərinə görə, bir gün əvvəl Moskvaya səfərə gəlməli olan Yanukoviç son anda Kremldən "gəlmə" mesajı alıb. Bunun səbəbi odur ki, Yanukoviç MDB-nin dekabrın əvvəllərində Aşqabadda keçirilən sammitində Putinlə uzun-uzadı söhbətdən sonra Ukraynanın MDB Gömrük İttifaqına "bəzi şərtlərlə" qoşulmağa hazır olduğu haqda açıqlama verib.
Yanukoviç deyib ki, əgər Ukrayna bu ittifaqa qoşulmasa, çox şeyi itirməli olacaq. Lakin daha sonra Yanukoviç Avropa İttifaqının prezidenti Joze Manuel Barosso ilə telefon danışığı apararaq Ukraynanın Avropa İttifaqı ilə vahid ticarət zonası yaratması məsələsini müzakirə edib. Agentliyin xəbərində deyilir ki, Moskva Yanukoviçin bu ikibaşlı mövqeyindən narazıdır və Ukrayna prezidentindən ölkənin Gömrük İttifaqına qoşulması barədə tarixi bəyanat gözləyir.
Bildirilir ki, Yanukoviçin bu tərəddüdləri onunla Putin arasında münasibətləri xeyli gərginləşdirib, iki ölkə arasında münasibətlərdə kəskin böhran yaranıb. Xatırladaq ki, Putin Aşqabad sammitində Azərbaycanı da MDB Gömrük İttifaqına qoşulmağa çağırmışdı. Azərbaycan prezidenti İlham Əliyev Putinin çağırışına baxmayaraq bu sammitə qatılmayıb.
Sammitdən bir neçə gün sonra isə Ukrayna prezidenti Hindistandan dönərkən yolüstü Bakıda olub və Azərbaycan prezidenti ilə danışıqlar aparıb. İndi onun Bakıya bu qəfil səfərinin motivləri aydınlaşır və belə məlum olur ki, Yanukoviç ölkəsinin zorla Gömrük İttifaqına çəkilməsi ilə bağlı yaranmış vəziyyəti Azərbaycan rəhbəri ilə müzakirə edib. Ehtimal ki, o, Azərbaycanın qismində Rusiyanın bu təzyiqlərinə davam gətirmək üçün müttəfiq axtarıb, həmçinin Bakının Gömrük İttifaqı ilə bağlı nə düşündüyünü öyrənməyə çalışıb. RBK daily agentliyi Kremldəki mənbəyə istinadən xəbər verir ki, Rusiya Kiyevin təklif etdiyi kompromislərə razı deyil. "Sirr deyil ki, Ukrayna eyni vaxtda iki ittifaqa baxır-Gömrük İttifaqına və Avropa İttifaqına. Heç kim Kiyevin Avropa İttifaqı ilə azad ticarət zonası yaratmasına qarşı deyil, lakin biz hamı üçün məqbul formul axtarırıq" deyə, mənbə bildirib. Ukraynalı ekspertlərə görə, Yanukoviç Gömrük İttifaqında qismən iştiraka hazırdır, bu isə Rusiya tərəfini qane etmir. İkinci variant isə odur ki, Yanukoviçi Qərb bu yoldan döndərib və ona başa salıb ki, Gömrük İttifaqına qoşulmaq yolverilməzdir.
Qeyd edək ki, Gömrük İttifaqı Putinin irəli sürdüyü Avrasiya İttifaqı modelinin əsas elementidir. Bu model SSRİ-nin bərpası cəhdi hesab edilir. ABŞ dövlət katibi Hillari Klinton isə bu günlərdə demişdi ki, Vaşinqton Moskvanın SSRİ-ni hansısa formada bərpa etmək cəhdlərindən xəbərdardır və bu cəhdlərin qarşısını almağa çalışır.
Qocaman politoloq Vəfa Quluzadənin sözlərinə görə, "Rusiya prezidenti Vladimir Putinin erası çoxdan başa çatıb və o, faktiki olaraq keçmiş sovet respublikalarına qarşı şantajla məşğul olmağa başlayıb".
Politoloq hesab edir ki, "Putin bütün vasitələrlə can atır ki, keçmiş SSRİ-nin geopolitik nüfuz dairələrini bərpa etsin. Bu isə mümkün deyil. Ona görə mümkün deyil ki, bu cür genişmiqyaslı nüfuza malik olmaq üçün birinci növbədə güclü iqtisadiyyata malik olmaq gərəkdir. Rusiyanın indiki iqtisadiyyatı isə buna imkan vermir. Təbii ki, bunu Rusiyada da başa düşürlər. Prezident Putin də bunu anlamamış deyil. Bununla belə, o, imperialist iddialarından geri çəkilmək istəmir".
Analitikin fikrincə, "Bu günlərdə Özbəkistan MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sıralarını tərk etdi, Azərbayan bu təşkilatın işində seyriçi kimi iştirak edir və bəzi əhəmiyyətsiz sənədlərə imza atır. Demək istəyirəm ki, Rusiyanın MDB-də vahid ordu təşkil etmək planı da baş tutmadı. Buna görə də Putin əsəbləşib və indi də Ukrayna prezidenti Yanukoviçi hədəfə götürüb. Amma güman edirəm ki, Yanukoviç Avropaya söykənsə, Rusiya ona bata bilməyəcək".
Şakir
Digər Xəbərlər
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07