Azərbaycan terrorun hədəfinə gələ bilərmi?
12:37 21-12-2012
İQTİSADİYYAT
Azərbaycan terrorun hədəfinə gələ bilərmi?
Bununla bağlı təzadlı fikirlər səsləndirilir
İqtisadiyyat və Sülh İnstitutu dünyanın “Qlobal Terror Reytinqi”ni açıqlayıb. Merilend Universiteti ilə birgə hazırlanmış reytinqdə Azərbaycan 158 ölkə sırasında 81-ci yerdə qərarlaşıb.
Ekspertlər Azərbaycanda terror aktı baş vermə ehtimalını 10 ballıq cədvəl üzrə 0,87 bal dəyərləndiriblər. Araşdırmada son 10 ildə Azərbaycanda terror aktı baş vermədiyi, terror aktları nəticəsində ölən və xəsarət alanların olmadığı bildirilir. Nədənsə ekspertlər 30 aprel 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında baş verən və çoxsaylı insan ölümü ilə nəticələnən hadisəni terror aktı kimi dəyərləndirməyiblər.
Araşdırmaya əsasən, 2001-ci il 11 sentyabr hadisələrindən sonra dünyada terror aktlarının sayı 460%, terror qurbanlarının sayı 195%, xəsarət alanların sayı isə 224% artıb. Terror aktları öz pik nöqtəsinə İraqda hərbi münaqişə zamanı çatıb. O dövrdən bəri dünyada terror aktlarının sayında azalma müşahidə olunur. Son beş ildə terror aktlarının sayında ən çox azalma ABŞ, Əlcəzair və Kolumbiyada qeydə alınıb. Dünyada ən çox terror aktı baş verən ölkələr İraq, Pakistan, Əfqanıstan, Hindistan və Yəməndir. Dünyada baş verən terror aktlarının 90 faizi bu ölkələrin payına düşür. Cədvələ əsasən dünyanın 43 ölkəsi terror aktlarının baş verməməsinə əmin ola bilərlər. Son 10 ildə heç bir terror aktı qeydə alınmayan bu ölkələrin hamısı reytinq cədvəlinin sonuncu – 116-cı pilləsində qərarlaşıblar. MDB dövlətlərindən bu siyahıda yalnız Türkmənistan təmsil olunur.
Reytinq hazırlanan zaman ekspertlər 158 dövlətdə son 10 ildə baş verən terror aktlarına dair məlumatları analiz ediblər. Bu zaman terror hücumlarının, ölən və yaralananların sayı, dəyən maddi zərərin miqdarı ilə yanaşı, terror aktının cəmiyyətdə və dünyada doğurduğu rezonans da nəzərə alınıb.
Terror təhlükəsinin ən çox olduğu ölkələrin ilk onluğunda Rusiya da yer alıb. Ekspertlər Rusiyada terror aktlarının baş vermə ehtimalını 10 ballıq cədvəl üzrə 7,07 bal dəyərləndiriblər. Son 10 ildə Rusiyada 182 terror aktı baş verib, nəticədə 159 nəfər ölüb, 431 nəfər yaralanıb. Dünyada baş verən terror aktlarının 4 faizi Rusiyanın payına düşür.
Türkiyə isə bu siyahıda 19-cu yerdədir. Terror baş vermə ehtimalı 10 ballıq cədvəl üzrə 5,24 bal olan Türkiyədə son 10 ildə baş verən 50 terror aktı nəticəsində 25 nəfər ölüb, 110 nəfər yaralanıb. Ekspertlər PKK terror təşkilatının Türkiyə Silahlı Qüvvələrinə qarşı həyata keçirdiyi əməliyyatları terror aktı kimi dəyərləndirməyiblər. Amma yerli ekspertlər bu fikirdə deyillər. Belə ki, istənilən an İran təhlükəsinin mövcudluğu gündəmə gətirilir və bildirilir ki, İran rəsmilərinin özləri də dəfələrlə Azərbaycanı terrorla hədələyiblər. Dəfələrlə İran tərəfindən Azərbaycana gələn müəyyən quruplaşmalar əsasən səfirlik əməkdaşlarına qarşı terror aktı həyata keçirtməyə çalışıblar. Son “Eurovision” Mahnı Müsabiqəsi zamanıda bu təhlükəni açıq şəkildə gördük. Bir neçə gün ərzində təhlükəsizlik qüvvələri 50-dən çox terrorçunu tərkisilah edə bildi. Azərbaycan üçün təhlükə mənbəyindən biri də Ermənistandır və bu ölkə dəfələrlə Azərbaycanda terror aksiyaları həyata keçirib. Ekspertlər bunu da qeyd edirlər ki, Azərbaycan Rusiya faktorunu da nəzərə almalıdır. Qeyd edək ki, son bir il ərzində Rusiya Azərbaycan münasibətləri kifayət qədər gərginləşib və belə hallarda Rusiya Azərbaycanın şimal bölgəsində müəyyən təxribatlar yarada bilir. Bunun üçün “Sadval” təşkilatından istifadə olunur. Xatırladaq ki, bu təşkilat yenidən bərpa edilib.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53