"Ermənistan işğal olunmuş ərazilərin azad edilməsi tələbini icra etmir"
12:38 21-12-2012
İQTİSADİYYAT
"Ermənistan işğal olunmuş ərazilərin azad edilməsi tələbini icra etmir"
"Azərbaycandakı dini tolerantlığın təməl prinsiplərini öyrənməyə çalışacağam"
"Dağlıq Qarabağın Azərbaycan ərazisi olması və işğal edilməsi beynəlxalq ictimaiyyət tərəfindən təsdiq olunsa da, nədənsə Ermənistan işğal olunmuş ərazilərin azad edilməsi tələbini icra etmir". Bu açıqlamanı Misirin vəqflər nazirinin müavini Camal Abdul Səttar Məhəmməd verib.
O bildirib ki, bu ədalətsizliklərin qarşısını almaq üçün İslam ölkələrinin bir mövqedən çıxış etməsinə və beynəlxalq təşkilatlar qarşısında sərt şəkildə məsələ qaldırmasına ehtiyac var: "Ərəb ölkələrinin bir çoxu, o cümlədən "Ərəb baharı" baş vermiş ölkələr əməkdaşlığın səmərəli olmasının tərəfdarıdır. Problemlərimizi həll etmək üçün beynəlxalq tədbirlərdə bir-birimizin mövqeyini gerçəkdən dəstəkləməliyik".
Nazir müavini Azərbaycandakı dini tolerantlıqdan razılığını da ifadə edib: "Azərbaycanda real dini tolerantlığın şahidiyəm. Bu, sadəcə sözdə deyil. Dediklərim Azərbaycanın bu günü ilə bağlı da deyil. Tarixən bu torpaqlarda dini tolerantlıq hökm sürüb. Azərbaycan dövləti də bu tarixi ənənələrə söykənərək həmin işi davam etdirir. Ölkənizdə dini icmalar arasında əməkdaşlığın mövcudluğu da çox təqdirəlayiq haldır. Fürsətdən istifadə edərək səfərim zamanı bu dini tolerantlığın təməl prinsiplərini öyrənməyə çalışacağam".
O qeyd edib ki, Azərbaycanda dinlərarası düşmənçilik də yoxdur: "Azərbaycan əhalisinin böyük hissəsinin müsəlman olmasına baxmayaraq, digər dinlərin nümayəndələrinə də hörmətin mövcudluğunu görürəm. Bir çox ölkələrdə bu vəziyyət mövcud deyil. Həmin ölkələrdə belə qərəz olduğu halda, beynəlxalq təşkilatlar bunun üstündən rahat şəkildə keçir və hətta faktı inkar edirlər. Ən böyük ədalətsizlik isə həmin dövlətlərin tolerantlıqdan danışmasıdır. Bu nə əqli, nə də əxlaqi baxımdan düzgün deyil".
"İsrail və Ermənistanın törətdikləri vəhşiliklər və cinayətlər pislənməlidir".
Bunu isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu və bir sıra beynəlxalq qurumların təşəbbüsü ilə Bakıda keçirilən "Dövlət və din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi" I Beynəlxalq Bakı Forumunda Türkiyə Cəfəri İcmasının rəhbəri Şeyx Səlahəddin Özgündüz deyib.
O bildirib ki, dünya ictimaiyyəti İsraildə qeyri-yəhudilərə, Ermənistanda qeyri-ermənilərə, əsasən isə azərbaycanlılara qarşı törədilən cinayətləri müşahidə etməklə məşğuldur: "Ermənilər tərəfindən azərbaycanlıların diri-diri yandırılmasına, uşaqların öldürülməsinə, ana bətnindəki körpələrin süngülərə keçirilməsinə baxmayaraq, BMT-nin Təhlükəsizlik Şurası bu vəhşiliklərə reaksiya vermədi və bu gün də kifayət qədər etiraz bildirmir. Amma bu cür əməllər azərbaycanlı və ya fələstinlilər tərəfindən törədilsəydi, dünya birliyi onlara qarşı üsyan edərdi".
S. Özgündüz bildirib ki, bu cür vəhşiliklərə qarşı layiqli reaksiyanın verilməsi vaxtı çatıb.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42