Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Qırğızıstana maliyyə yardımını dayandırdığını təsdiqləyib.

Unikal.org xəbər verir ki, bu haqda Gazeta.ru-nun müxbiri məlumat verib.

"İndi orada hər hansı bir hökumət yoxdur və biz respublikada böhran vəziyyəti görürük, bu səbəbdən əlbəttə ki, orada bütün idarə və təşkilatlar işlərini bərpa edənə qədər müəyyən bir fasilə vermək ən doğru addımdır", - Peskov deyib.

O, Moskvanın Qırğızıstanda baş verənləri diqqətlə izlədiyini qeyd edib.