Müəllimlər İnstitutunun rektorundan narazılıq var
13:00 22-12-2012
İQTİSADİYYAT
Müəllimlər İnstitutunun rektorundan narazılıq var
Aqiyə Naxçıvanlını Sevinc Babayeva ilə hansı tellər bağlayır?
Azərbaycan Müəllimlər İnstitutu ilə bağlı tənqidi məqamlar ortaya çıxıb. Bu barədə verilən məlumatda bildirilir ki, universitet daxilindəki köçürmələrdə və filial direktorlarının təyinatında şübhəli proseslər yaşanır.
Bildirilir ki, Müəllimlər İnstitutu statusca Təhsil Nazirliyinə tabe olsa da, rektor Aqiyə Naxçıvanlı faktiki olaraq, əksər qərarların verilməsində sərbəstdir. Məsələn, institutun hər hansı filialının tələbəsi qeydiyyatda olduğu rayonda və ya həmin rayona yaxın filialda təhsil almaq istədikdə, bu cür köçürmələr rektorun özü tərəfindən müstəqil şəkildə həyata keçirilir və həmin vaxt Aqiyə Naxçıvanlı Təhsil Nazirliyinin hər hansı razılığına ehtiyac görmür.
Analoji hal Müəllimlər İnstitutunun filiallarına direktor təyinatları zamanı da yaşanır. Adıçəkilən ali təhsil müəssisəsi rəhbərinin hər hansı filiala direktor təyin edərkən də tam müstəqil davrandığının bildirildiyi məlumatlarda bir çox hallarda, belə təyinatların onların gerçəkləşdiyi filialların pedaqoji kollektivi tərəfindən narazılıqla qarşılandığına diqqət çəkilir.
Nümunə kimi isə təzəlikcə Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialına yeni direktor əvəzi təyinatının oradakı müəllimlər tərəfindən etirazla qarşılanmasını göstərmək olar. Pedaqoji kollektivlər filial rəhbərliklərinə "təsadüfi" şəxslərin gətirilməsi ilə razılaşmır və bundan giley-güzar edirlər.
Bu da onların özlərində də narazılıq yaradır, amma rektorun hədsiz dərəcədə güclü mövqelərə sahib olması belələrinin etirazını açıq şəkildə ifadə etməsinə mane olur.
Daha bir maraqlı fakt ondan ibarətdir ki, hər il Təhsil Nazirliyi qış imtahan semestri yekunlaşar-yekunlaşmaz imtahanların təşkilində nöqsanlara yol verən ali məktəblərin adlarını açıqlayır, hər dəfə də həmin ali məktəblərin siyahısında Müəllimlər İnstitutunun da adı olur. İnstitutun tələbələri daha çox aldıqları qiymətlərdən narazılıqlarını bildirir, qiymətlərinin apelyasiya qaydasında yüksəldilməsinə köməklik göstərilməsini xahiş edirlər. Sonuncu dəfə bu ali məktəbin adı Təhsil Nazirliyinin "qara siyahısı"na düşəndə rektor Aqiyə Naxçıvanlı bildirmişdi ki, əslində həmişə bu ali məktəbin adı nazirliyin yaydığı statistikaya təsadüfən düşür. Amma o da açıq qalır ki, əgər bir hal həmişə təkrarlanırsa, o necə təsadüf ola bilər?
Verilən məlumatlarda Aqiyə Naxçıvanlı ilə bağlı daha bir ilginc iddia var. İddianın əsas qəhrəmanı isə son vaxtlar haqqında çox danışılan və Gülər Əhmədova ilə bağlı məlum videoların aparıcı simalarından biri Sevinc Babayevadır. Bildirilir ki, Babayevanın yaxın işgüzar münasibətdə olduğu şəxslərin sırasında Azərbaycan Müəllimlər İnstitutunun rektoru da var. Gün ərzində mövzu ilə bağlı rektor Aqiyə Naxçıvanlı ilə əlaqə yaratmaq cəhdimiz isə alınmadı. Nigar xanım adlı köməkçisi isə bizimlə əlaqə yaradacaqlarını desədə nəticə olmadı. Buna baxmayaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
P.S. Deyirlər ki,Aqiyə Naxçıvanlı toy mərasimlərinin birində Tovuz xanıma yaman əsəbləşib.
Seymur Quliyev
Digər Xəbərlər
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07