Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bildirir ki, sosial şəbəkələrdə Azərbaycan Ordusu tərəfindən Füzuli şəhərinin işğaldan azad edilməsi zamanı 1992-ci ildə əsir götürülmüş Azərbaycan hərbçisinin şəhər binalarından birinin zirzəmisində zəncirlə bağlanmış vəziyyətdə tapılması barədə yayılmış məlumatlar həqiqətəuyğun deyil.
Bu barədə Unikal.org-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.
"Dövlət Komissiyası vətəndaşlardan bu cür həssas məsələlərlə bağlı diqqətli olmağı, yalnız aidiyyəti dövlət qurumlarının rəsmi məlumatlarına istinad olunmasını və dəqiqləşdirilməmiş informasiyanı yaymamağı xahiş edir" deyə, məlumatda qeyd olunub.