Ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub.
Unikal.org xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.
Qərara əsasən, 19 oktyabr tarixindən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan edilib.
Qərar məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələrinə də şamil olunur.
Qeyd edək ki, son günlər Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunması səbəbindən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, bu gündən ölkədə xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib.