ABŞ prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunu (FTB) Demokratik prezidentliyə namizəd və ABŞ-ın keçmiş vitse-prezidenti Co Baydenin Ukraynanın enerji şirkəti Burisma ilə əlaqəli iddialarını araşdırmalı olduğunu söyləyib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinə yaxın jurnalistlər bildirib.
"New York Post" qəzetinə Baydenin oğlu Hunter Baydenin elektron poçtlarına dair xəbərləri xatırladan Tramp, “FTB onu araşdırmalıdır. FTB direktoru Kristofer Reyə zəng edib, ondan soruşmalısınız. İlk baxışdan bu qədər çox günahkar olmaq mümkün deyil” - deyə o, ifadə edib.