Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) oktyabrın 21-də Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Cəbrayıl, Füzuli, Goranboy, Naftalan, Kürdəmir və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən 31 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən bir müraciət daxil olub.
ANAMA-dan Unikal.org-a verilən məlumata görə, daxil olmuş 32 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Aran, Arazbar, Hacılar, Kəbirli, Qaradolaq, Şərəfxanlı, Yeni Qaradolaq kəndləri, Ağdam rayonunun Qaradağlı, Ayaq Qərvənd kəndləri, Bərdə rayonunun Lənbəran kəndi, Beyləqan rayonunun 2-ci Aşıqlı, Cəbrayıl rayonunun Daşkəsən kəndi, Füzuli rayonunun Şükürbəyli, Kərimbəyli kəndləri, 1-ci və 5-ci Zobcuq qəsəbələri, Horadiz şəhəri, Goranboy rayonunun Tapqaraqoyunlu kəndi və Dəliməmmədli qəsəbəsi, Naftalan rayonunun Qaşaltı kəndi, Kürdəmir rayonunun Şilyan kəndi, Tərtər rayonunun Yuxarı Sarıcalı, Cəmilli, Buruc kəndləri, Cavanşir, Babək, Tağıyev küçələri ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 25 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı bir ədəd 125 millimetrlik top mərmisi (OF-26), bir ədəd 300 millimetrlik 9M528 raketi, bir ədəd 300 millimetrlik 9M528 raketinin döyüş başlığı, bir ədəd 240 millimetrlik M24F raketi, 3 ədəd hava-yer tipli raket, bir ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 17 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Agentliyin partlayış qrupu tərəfindən 3 ədəd hava-yer tipli raket zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəssislər tərəfindən 3688 mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
Ümumilikdə agentlik tərəfindən 27 sentyabr – 21 oktyabr tarixlərində 755 siqnal (əməliyyat çağırışı) əsasında 624 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Naftalan, Kürdəmir, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Zərdab, Xızı, Oğuz rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, “Mingəçevir” İES-in ərazisinə, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin yaxınlığına, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilib, 106 ədəd partlamamış hərbi sursat (PHS), 1143 ədəd 9N235 bombacıqları, 1180 ədəd müxtəlif çaplı patronlar, bir ədəd qaz qumbarası, 12 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 6 ədəd dron (zərərsizləşdirilib), 2 ədəd raketin mikrosxemi və 328 ədəd partlamış raket hissələri aşkar olunub.