“Biz dindarlar Azərbaycan xalqının firavanlığı və sabitliyin bərqərar olması naminə Sizin səylərinizi tamamilə dəstəkləyirik”
22:33 24-12-2012
CƏMİYYƏT
“Biz dindarlar Azərbaycan xalqının firavanlığı və sabitliyin bərqərar olması naminə Sizin səylərinizi tamamilə dəstəkləyirik”
Azərbaycan Prezidentinin 51 illiyi regionlardakı dindarlar tərəfindən də qeyd olunub. Qafqaz Müsəlmanları İdarəsinin Gəncə bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, “İmamzadə” ziyarətgahının mütəvəllisi Seyid Tahir Qarabaği Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubu bunu deməyə əsas verir. Məktubu təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
Zati aliləri möhtərəm cənab Prezident!
Biz bu gün milli və dini mənsubiyyətdən asılı olmayaraq, Azərbaycan adlı böyük bir ailənin bərabər hüquqlu üzvləri kimi Sizin - Prezidentimizin ətrafında sıx birləşməyimizin vacibliyinin fərqindəyik. Biz ölkəmizdə sabitliyin və sürətli inkişafın təmin olunmasına, eləcə də vətəndaş həmrəyliyinin və vicdan azadlığının saxlanılmasına, inkişafına görə, Sizə borcluyuq. Bütün xalqımız kimi gəncəlilər də əmindirlər ki, Sizin həyata keçirdiyiniz düzgün siyasi xətt ancaq bir ali məqsədə - Azərbaycanımızın, o cümlədən bizim şəhərimizin daha gözəl, daha da qüdrətli olmasına xidmət edir. Həyata keçirilən düzgün siyasi xətt artıq özünü doğruldub. Ölkəmiz bu gün regionun ən dinamik inkişaf edən ölkəsidir.
Zati aliləri möhtərəm cənab Prezident!
Siz milli mənəvi dəyərlərin, dini və mədəni abidələrin qorunub saxlanmasına çox böyük diqqət və qayğı göstərən şəxsiyyətsiniz. Sizin genişmiqyaslı fəaliyyətiniz bütün müsəlmanlar, o cümlədən Gəncə dindarları tərəfindən yüksək qiymətləndirilir və onların qəlbində mənəvi dəyərlərə yüksək diqqətin ifadəsi kimi əks-səda tapır.
Bizim üçün çox vacib və şərəflidir ki, Sizin soykökünüzdən qaynaqlanan mənəviyyata hörmət hissi bu gün Zati-alilərinizin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsində ləyaqətlə davam etdirilir. Tam əminliklə deyə bilərəm ki, Sizin məqsədyönlü fəaliyyətiniz sayəsində yaranmış ictimai-siyasi sabitlik, milli-mənəvi birlik, dini tolerantlıq Heydər Əliyev məktəbinin tarixi və mütərəqqi ənənələrindən qaynaqlanan uğurlu siyasətin məntiqi nəticəsidir.
Zati aliləri möhtərəm cənab Prezident!
İcazə verin, fürsətdən istifadə edərək böyük sevinc və hörmət hissi ilə Sizi 51 illik yubileyiniz və Dünya Azərbaycanlılarının həmrəyliyi münasibətilə səmimi qəlbdən təbrik edək və Sizə cansağlığı və gələcək fəaliyyətinizdə böyük uğurlar diləyək. Biz dindarlar Azərbaycan xalqının firavanlığı və sabitliyin bərqərar olması naminə Sizin səylərinizi tamamilə dəstəkləyirik. İnşallah, Sizin rəhbərliyinizlə Azərbaycan xalqı dünya səviyyəsində daha böyük uğurlar qazanacaqdır.
Dərin hörmət və ehtiramla,
Abbasov Tahir Yunis oğlu
(Hacı Seyid Tahir Qarabaği)
Qafqaz Müsəlmanları İdarəsinin Gəncə bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, “İmamzadə” ziyarətgahının mütəvəllisi
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50