İki gün öncə Fransanın TF1 telekanalının əməkdaşı Liseron Budulun Azərbaycan ərazisi Qarabağdakı cəbhə xəttindən hazırladığı reportaja görə Fransadakı ermənilər tərəfindən ölümlə hədələnib.
Unikal.org xəbər verir ki, KGK-nin xarici əlaqələr üzrə sədri Elşad Eyvazlı etiraz bəyanatında jurnalist Liceron Budulu'nun şiddətə məruz qalmasını, hətta həmkarının reportajının saytdan çıxarılmasını qınadığını bildirib. Təşkilat adından çıxış edən Elşad Eyvazlı özünü dünyanın siyasi mərkəzi hesab edən Fransa hökumətindən bu məsələ ilə bağlı təcili tədbirlər görülməsini, beynəlxalq hüquqları ayaq altına atan, jurnalisti ölümlə hədələyən Fransa vətəndaşlarının qanun qarşısına cavab vermələrini tələb etdiyini deyib. Əks halda Fransanın adı jurnalistlərin peşə fəaliyyətinin məhdudlaşdırıldığı, söz azadlığının boğulduğu ölkələr sırasına düşəcək. Bir daha jurnalist həmkarımızla bağlı baş vermiş xoşagəlməz faktdan dərin təəsüüf hissi keçirir, təhdidi kəskin şəkildə pisləyir, Fransa hökumətindən təcili addımlar atılmasını istəyirik.