“Canlı qüvvə ehtiyatları tükənməkdə olan düşmən döyüşlərə daha çox könüllüləri, muzdlu və əcnəbi terrorçu döyüşçüləri, o cümlədən uşaqları cəlb etməyə çalışır. Belə olan halda isə düşmənin döyüş sahəsində vəziyyətə nəzarət etməsi praktiki cəhətdən mümkün deyil”.
Unikal.org xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov deyib.
“Nizami ordumuz düşmənin istənilən hücum və təxribatlarının qarşısını almaq üçün tam döyüşə hazır vəziyyətdədir”, - o bildirib.