İcra başçılarının "Yeni il soyğunçuluğu"
13:17 25-12-2012
İQTİSADİYYAT
İcra başçılarının "Yeni il soyğunçuluğu"
Bir çox rayonlarda sahibkarların günü yenə qaradır
31 dekabr dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibəti ilə bir çox rayonlarda sahibkarlardan pul yığımına başlanılıb. Pullar yerli icra hakimiyyətləri tərəfindən toplanır.
Verilən məlumatlara görə, yerli rəhbərliklər toplanan vəsaitlər hesabına bayram günlərində imkansız ailələrə yardım ediləcəyini iddia edirlər. Amma sahibkarlar buna o qədər də inanmırlar.
Onların sözlərinə görə, bayram ərəfəsində 5-10 ailənin hər birinə 1-2 kq ət, elə bir o qədər də qənd, çay, şirniyyatlardan ibarət hədiyyə boxçası təqdim olunur. Halbuki bir çox rayonlarda bayramla əlaqədar sahibkarlardan toplanan vəsait bundan dəfələrlə çox olur.
İlin sonuna doğru sahibkarlardan pul yığılmasına dair xəbərlər Gəncə, Mingəçevir, Şirvan başda olmaqla bir çox rayon və şəhərlərdən gəlir. Belə halların yaşandığı bölgələr barədə iddiaları dəqiqləşdirəcəyimiz təqdirdə mövzuya yenidən qayıdacağıq.
Həsən Əli
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00