Prezidentimizə hücum edirlər, onu yolundan çevirə biləcəklərini düşünürlər. Prezidentimiz qlobal vicdanın səsi olmağa davam edəcək.

Unikal.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Adminitrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun Tvitter hesabında bildirib.

Ərdoğan əleyhinə karikaturaların yayılmasına münasibət bildirən Altun söyləyib:

"Türkiyə güclənəcək, faşizm və faşistlər məğlub olacaq".