“Ermənistanın hərbi-siyasi rəhbərliyi o qədər quzğunlaşıb ki, onlar diplomatik nümayəndəliklərin təmsilçiləri Bərdə, Tərtər şəhərində olduqda da ətraf məntəqələri bombalamaqda davam edirdilər. Onların hər hansı bir məsuliyyət hissi qalmayıb”.
Unikal.org xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Göründüyü kimi, onların hədəfi yenə də mülki insanlardır. Bu, Xocalı faciəsindən başlayan və bu gün də davam edən Ermənistanın mülki insanlara qarşı insanlıq əleyhinə, hərbi və müharibə cinayət əməllərinin tərkib hissəsidir”, - deyə o bildirib.