Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün Tvitterdəki səhifəsində işğal edilmiş Kəlbəcərdə qızılın qanunsuz axtarışı ilə məşğul olan Vardan Sermakeslə bağlı paylaşım edib.

Unikal.org xəbər verir ki, paylaşımda deyilir:

"FranckMuller” saatlarının banisi Vardan Sermakes Kəlbəcərin işğal edilmiş Veynəli kəndində qızılın qanunsuz kəşfiyyatı ilə məşğul olub. Bu, qızıl mədənləri işğaldan azad edilən Veynəli kəndidir. Bizdə Sermakesə qarşı cinayət işinin qaldırılması üçün yerlərdə daha çox fakt olacaq".