Bəzi oliqarxlar parlamentin iradəsinə qalib gəldi
Milli Məclis üzvündən etiraf: "Ölkəyə GMO-nun gətirilməsinin qarşısını almaq mümkün deyil"
"Ölkəmizi nə qədər GMO-dan qoruyuruqsa-qoruyaq, yenə də bəzi işbazlar ordan-burdan bu məhsulları Azərbaycana gətirib satdırırlar. Hətta, Almaniyada olarkən bizə bildirdilər ki, onlar da GMO-nun ölkəyə daxil olmasının qarşısını tam ala bilmirlər". Bunu millət vəkili, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
İbrahimovun sözlərinə görə, müvafiq qanunvericiliklə GMO-nun Azərbaycana daxil olmasının qarşısının alınmasını nəzərdə tutsaq da, bu məhsulların Azərbaycana gəlməsini tam əngəlləyə bilmirik: "Bu məsələdə bəzən insanların özləri də məsuliyyət daşıyırlar. Yəni, insanlar bazarlara gedirlər, baxırlar, görürlər ki, gözlərinə yaxşı görünür, alırlar, yeyirlər, ancaq sonra başlarına bu cür zərərli məhsullardan nə gələcəklərini bilmirlər. Ona görə bu məsələdə insanlar özləri də çox diqqətli, məsuliyyətli olmalıdır".
Eksperlər hesab edirlər ki, Azərbaycana genetik modifikasiya olunmuş məhsulların gətirilməsinə birbaşa nəzarət bəzi oliqarxların nəzarətindədir. Elə ölkəmizdə GMO təhlükəsinin yüksək səviyyədə olmasını da məhz həmin oliqarxların iradəsi ilə izah etmək lazımdır. Məsələ burasındadır ki, bir çox inhisarçı məmurlar hökumət daxilində geniş təsir rıçaqlarına və proseslərə nüfuzetmə gücünə malik olduğundan faktiki olaraq parlamentin Azərbaycana GMO-ların gətirilməsini yasaqlayan qərarı havada qalıb.
Yeri gəlmişkən, dünən o da məlum oldu ki, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri istisna olmaqla, genetik modifikasiya olunmuş (GMO) bitkilərin genetik materiallarının Azərbaycana gətirilməsi inzibati məsuliyyətə səbəb olacaq. Bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi nəzərdə tutulur. Sənəd dekabrın 25-də keçirilən Milli Məclisin aqrar siyasət komitəsinin iclasında müzakirə edilib.
Komitə sədri Eldar İbrahimov bildirib ki, dəyişikliyə əsasən, qanunvericiliyin pozulmasına görə, fiziki şəxslər 200 manatdan 300 manatadək, vəzifəli şəxslər 500 manatdan 600 manatadək, hüququ şəxslər 1500 manatdan 2000 manatadək cərimə olunacaqlar. Belə bitkilərin dövlət reyestrinə daxil edilməsinə görə, fiziki şəxslərin 3000, vəzifəli şəxslərin 10 000, hüququ şəxslərin isə 50 000 manat cərimə olunması nəzərdə tutulur.
Amma bu cərimələrin də nəyisə dəyişəcəyinə inanmaq çətindir. Böyük ehtimalla bu cərimələr ölkəyə GMO gətirən inhisarçı məmurlara deyil, onun satışını təşkil edən xırda biznesmenlərə tətbiq ediləcək. Yəni kimlərsə ölkəyə GMO gətirməyə davam edəcək, onu topdansatış məntəqələrindən alıb şəxsi dükanlarında satanlar isə cəzasını çəkəcək.
Belə düşünmək üçün kifayət qədər əsasımız da var. Bir halda ki, parlament GMO məhsullarının Azərbaycana gətirilməsini yasaqlayır, amma yasaq işləmir, hələ də ticarət obyektlərində və bazarlarda belə məhsullar at oynadır, yəni faktiki olaraq inhisarçılar öz bildiklərini etməkdə davam edirlər, o zaman həmin oliqarxlar üçün qəpik-quruş sayılacaq cərimələrlə nəyəsə nail olmaq absurd görünür.
Günel Əkbər
Digər Xəbərlər
2025-03-03 20:58:24

2025-03-03 20:01:07

2025-03-03 18:57:43

2025-03-03 16:10:23

2025-03-03 12:44:53

2025-03-03 12:18:17

2025-02-28 19:38:34

2025-02-28 18:54:26

2025-02-28 16:24:23

2025-02-28 13:27:55

2025-02-28 13:25:23

2025-02-28 11:34:17

2025-02-28 11:29:35

2025-02-28 11:00:05
_1739542811.jpeg)
2025-02-27 20:07:00

2025-02-27 20:01:22

2025-02-27 18:44:40

2025-02-27 17:29:09
