Ermənistanın köç siyasəti
11:14 27-12-2012
İQTİSADİYYAT
Ermənistanın köç siyasəti
Amma heç bir nəticə əldə edə bilmir
Ermənistan Ordusu tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində Suriyadan qaçmış 100-ə yaxın erməni ailəsi yerləşdirilib. Əsasən Dağlıq Qarabağda, Kəlbəcər və Laçın rayonları ərazilərində məskunlaşdırılmış erməni ailələri Suriyada baş verən silahlı toqquşmalarla əlaqədar ölkəni tərk edərək Ermənistana sığınıblar. İşğal altındakı Azərbaycan ərazilərində yerləşdirilmiş erməni ailələrinin mənzil və yardımlarla təmin olunduğu bildirilir.
Maraqlıdır, bununla Ermənistan Dağlıq Qarabağda ermənilərin sayının artırılmasına nail ola bilərmi? Gəlin öncəliklə bir məsələyə aydınlıq gətirək ki, son zamanlar Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk qrupunda aparılan danışıqlar zamanı aydın oldu ki, ortada olan real təkliflərdən biri də budur ki, Ermənistan öncəliklə işğal etdiyi rayonları geri qaytarır, bundan sonra isə Dağlıq Qarabağın taleyini müəyyənləşdirmək üçün referendimum keçirilir. Sözsüz ki, həm erməni, həm də azərbaycanlıların iştirakı ilə baş tuta bilər. Məhz bu amili nəzərə alan Ermənistan hər zaman Dağlıq Qarabağda erməni sakinlərin sayını artırmağa çalışır. İndi isə gəlin Ermənistanın həyata keçirtməyə çalışdığı köç siyasətinə. "Unikal"ın apardığı araşdırmalar təsdiqləyir ki, Ermənistan Dağlıq Qarabağda ermənilərin məskunlaşması ilə bağlı ilk cəhdə 1998-ci ildən başlayıb. Ümumilikdə götürəndə köç siyasəti üç perioddan ibarət olub. 1998-2000, 2005-2006, 2011-2012-ci illərə ayırdığımız bu köç siyasəti maraqlı proseslərlə müşahidə olunub. Belə ki, ilk mərhələdə , yəni 1998-ci ildə Ermənistan bu məsələdə uğur qazandığını düşündü. Çünki Dağlıq Qarabağda yaşamaq üçün Ermənistan hakimiyyəti ermənilərə maraqlı təkliflər verdilər.Təkliflər bunlar idi
- Dağlıq Qarabağda yaşamaq istəyən erməni ailələri pulsuz evlə təmin edilir
- Təsərüfat qurmaq üçün faizsiz kreditlər verilir
- Gənclərə isə evlənmək üçün əlavə pul hədiyyə edilir və gənc ailələr əsasən Xankəndində yerləşdirilir
Bu təkliflər elan olunandan sonra yüzlərlə ailə Dağlıq Qarabağa köç etdi. Amma bu köç bir ildən də az bir vaxtda tam iflasa uğradı. Köç edən ailələr əslində aldadıldıqlarını gördülər və buna görə yenidən geriyə və ya Rusiyaya köç etdilər. Bundan sonra bir müddət köç siyasəti donduruldu. Nəhayət 2005-ci ildə yenidən kompaniyaya start verildi. Bu dəfə bəyan edildi ki, artıq Dağlıq Qarabağa kifayət qədər investisiya qoyulub, infrastruktur formalaşdırılıb və yaşayış üçün maksimal şərait var. Bu dəfədə bir neçə yüz ailəni aldada bildilər. Amma aydın oldu ki, Dağlıq Qarabağda da quldur bir rejim yaradılıb və demək olar ki, burda yaşamaq sadəcə olaraq mümkünsüzdür. Beləcə köç edənlər müxtəlif yollarla geri qayıtmağa çalışdılar. Amma bu dəfə həm də aydın oldu ki, Dağlıq Qarabağda qeydiyyatda olan erməni ailələrinin geri qayıtması yasaqlanıb. Beləliklə Ermənistanın Dağlıq Qarabağa kütləvi köç təşkil etmə istəyi alınmadı. Nəhayət ötən il Ermənistan yenə də bu işə əl qoydu. İstər Ermənistan vətəndaşlarına, istərsə də Rusiyada yaşayan ermənilərə yenə çağırışlar edildi. Bu dəfə bəyan edildi ki, Dağlıq Qarabağa köç edən ailələrə kifayət qədər maddi yardım veriləcək və bu yardım xaricdə yaşayan erməni milyarderlər tərəfindən təmin olunacaq. Bu çağırışda kifayət qədər maraqlı effekt verdi. Amma kütləvilik daha olmadı. İndi isə Suriyada yaşayan ermənilərin Dağlıq Qarabağa yerləşdirilməsi üçün cəhdlər edilir. Amma müşahidəçilər bildirir ki, Dağlıq Qarabağa göndərilən erməni ailələri iki aydan çox orda qalmır və ərazidən köçürlər. Yəni müvəqqəti olaraq Dağlıq Qarabağda məskunlaşmağa da razı olmurlar. Bundan başqa hazırda Ermənistanda yeni bir ciddi problem ortaya çıxıb. Bu dəfə aydın oldu ki, Azərbaycanla sərhəd bölgələrində yaşayan erməni ailələri köç etməyə başlayıb. Düzdür həmin şəxslərin Yerevana və digər şəhərlərə köç etmələri qeyri-rəsmi şəkildə yasaqlanıb. Buna baxmayaraq bu ailələr əsasən Gürcüstana köç edirlər. Nəticədə Azərbaycanla sərhəd bölgələrində ciddi boşalma müşahidə olunmağa başlayıb. Sonuncu atəşkəs pozulmalarından sonra isə bu proses daha da sürətlənib. Bunun nəticəsidir ki, Ermənistan əhalisinin 40 faizi hazırda ölkəsində yaşamır.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00
2024-12-23 10:39:39
2024-12-23 10:06:03
2024-12-23 09:28:54
2024-12-23 09:17:32
2024-12-21 12:17:35
2024-12-21 11:02:55
2024-12-20 17:13:00
2024-12-20 15:33:58
2024-12-20 13:45:49
2024-12-20 11:44:20
2024-12-20 09:27:05
2024-12-20 09:26:35