“Xudavəngdə sülhməramlıların iki postu yerləşdiriləcək – biri ərazinin girişində, digəri isə monastrın özündə”.
Unikal.org xəbər verir ki, bunu Rusiya sülhməramlılarının baş leytenantı Oleq Kovalenko deyib.
O bildirib ki, hazırda sülhməramlılar noyabrın 25-də ermənilərin Kəlbəcəri tərk etmələri haqda razılaşmanın qüvvəyə minməsinə hazırlaşırlar və bu gündən etibarən müşahidə postlarının təchizatına başlanılır. Noyabrın 25-dən sonra isə sistemli işlər aparılacaq.
Qeyd edək ki, Xudavəng Kəlbəcər rayonu ərazisində yerləşən qədim monastrdır və Azərbaycanın xristian memarlığının ən iri və ən gözəl abidələrindən biridir.