“İki dövlət - bir millət olduğumuz Can Azərbaycanın Milli Dirçəliş Günü mübarək olsun!”.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin tvitter səhifəsində paylaşım edilib.
“Qəhrəman mücadələsi ilə tarix yazaraq işğala son qoyan azərbaycanlı qardaşlarımızı bu münasibət ilə bir daha təbrik edirik”, - qeyd olunub.