Rusiya xarici işlər naziri Sergey Lavrovla Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Peter Mauer arasında görüş başlayıb.

Unikal.org xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evində keçirilən görüşün protokol hissəsi mətbuat üçün açıq olub.

S. Lavrov ölkəsinin BQKX ilə müntəzəm olaraq əməkdaşlıq etdiyini, dünyada münaqişələrin azalmadığını qeyd edib: “Biz indi əməkdaşlıq üçün əlavə meydança almışıq. Bu, Dağlıq Qarabağdır. Bir həftə bundan əvvəl Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən birgə üçtərəfli bəyanat imzalanıb. Orada Rusiyanın sülhməramlı kontingenti yerləşdirilir. Bilirik ki, BQKX həmin regionda necə aktiv çalışır. Biz artıq inkişaf edən əməkdaşlığımızın möhkəmlənməsində maraqlıyıq. Əlbəttə ki, bizim sıx əməkdaşlıq etdiyimiz bir sıra regionlar var. Ümid edirəm ki, bu gün bunları müzakirə edəcəyik. Əminəm ki, sizin səfəriniz məhsuldar olacaq və Rusiya ilə BQXK-nın sıx əməkdaşlığının inkişafına kömək edəcək”.