“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) xarici şirkətlə birgə konsorsiumun təsis edilməsi və işğaldan azad edilən ərazilərdə qazıntı işlərinin aparılmasına dair planların olması haqda yayılan xəbərlərə münasibət bildirib.
Qurumdan Unikal.org-a daxil olan məlumatda bildirilir ki, ölkəmizdə qızılçıxarma sənayesinin yaradılması məqsədilə Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı və işlənməsi barədə" 1996-cı il 5 fevral tarixli Sərəncamına uyğun olaraq 1997-ci il avqustun 20-də keçmiş "Azərqızıl" Dövlət şirkəti ilə ABŞ-ın "RV Investment Group Sevrvices LLS" arasında Kəlbəcər rayonun Zod (Söyüdlü), Qızılbulaq və Zəngilan rayonunun Vejnəli qızıl yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb.
"Güman edilir ki, sözügedən ləğv edilmiş “Azərqızıl” dövlət şirkəti ilə “AzerGold” QSC asosiasiya edilərək səhvə yol verilib. Qeyd edək adları çəkilən yataqların işlənməsi ilə bağlı Cəmiyyətə indiyədək hər hansı bir müraciət daxil olmayıb", - deyə məlumatda vurğulanıb.