Nazim İbrahimova ağır zərbə
13:38 28-12-2012
CƏMİYYƏT
Nazim İbrahimova ağır zərbə
“Milyarderlər İttifaq”ı prezidentin yanında olacaq
Son zamanlar ölkənin siyasi məkanında ən çox müzakirə olunan məsələlərdən biri də Rusiyada “Milyarderlər İttifaq”ının yaranması oldu. Yaranmasından bir gün sonra Diasporlarla İş üzə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bəyanat verərək belə bir təşkilatın yaranmasını, Azərbaycan dövlətçiliyi və diasporası üçün təhlükə adlandırdı. Kifayət qədər sərt bəyanat sözsüz ki, prosesləri daha da aktivləşdirdi və az qala bu təşkilat vətənə xəyanətdə ittiham edildi. Bundan sonra isə PA rəhbəri Ramiz Mehdiyev bəyan etdi ki, yaranan təşkilat Azərbaycanın maraqlarına cavab vermir. Çox maraqlıdır ki, bu məsələyə yanaşmada ikili baxışlarda ortaya çıxmışdı. Tutalım Ramiz Mehdiyev, Nazim İbrahimov bunu qəti olaraq pisləyirdisə , PA-in şöbə müdiri Əli Həsənov təşkilatla bağlı rəy verməyə tələsmir və hələ gözləməyi tövsiyyə edirdi. Həmçinin bir sıra millət vəkilləri də bu təşkilata loyal münasibət sərgiləyirdilər. Hətta belə fikirlərdə səsləndirilirdi ki, təşkilata üzv olan milyarderlərə qarşı proses başlayıb və onların Azərbaycandakı sərvətlərinə yasaq qoyulacaq. Amma gözləntilər tam əksinə oldu. Belə ki, Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının sədri, baş nazirin keçmiş birinci müavini Abbas Abbasov Bakıda prezident İlham Əliyevlə görüşdü. Bu barədə A.Abbasovun özü bildirib. O deyib ki, Azərbaycan prezidenti onunla istər Ümumrusiya Azərbaycanlıları Konqresi, istər yeni yaranan ÜATİ ilə bağlı “çox dərin fikir mübadiləsi” aparıb.
“Bu təşkilatların Rusiyada yaşayan azərbaycanlıların, ümumiyyətlə istənilən millətlərin nümayəndələrinin mənafeyi üçün nə işlər görə biləcəyi barədə danışdıq, cənab prezident bu fəaliyyətlərin əlaqələndirilməsi barədə öz tövsiyələrini verdi”-deyə, o bildirib.
“Milyarderlər ittifaqı” kimi tanınan təşkilatda Rusiyada yaşayan nüfuzlu azərbaycanlı oliqarxlardan Telman İsmayılov, Araz Ağalarov, “LUKoil” prezidenti Vahid Ələkbərov, İsgəndər Xəlilov, Rusiya azərbaycanlılarının federal milli-muxtariyyəti - “Azeross”un sabiq prezidenti Söyün Sadıqov (o, partiya yaratdığı üçün qurumdan istefa verib), habelə Azərbaycan hakimiyyətinin qatı tənqidçisi, məşhur kinorejissor Rüstəm İbrahimbəyov və digərləri birləşiblər.
Beləliklədə bir sıra məsələlər həm aydınlaşdı, həm də müəyyən ziddiyətlər ortaya çıxdı. Aydınlaşan bu oldu ki, prezident İlham Əliyev bu təşkilatın yaradılmasından məmnundur və onlarla əməkdaşlığı mümkün sayır. Bundan başqa həm də aydınlaşdı ki, İlham Əliyevin razılığı ilə bundan sonra Rusiyada diaspora işləri ilə bir başa bu təşkilat məşğul olacaq. Bu isə həm də onu təsdiqlədi ki, komitə sədri Nazim İbrahimova artıq ən yüksək səviyyədə inam yoxdur və o Rusiyadan kənara çəkiləcək. Ekspertlər bunu da bildirir ki, əslində dünya azərbaycanlılarının son qrultayında prezident komitənin fəaliyyətindən razı qalmamışdı və bunu açıq şəkildə bəyan etmişdi. İndi isə məlum oldu ki, Nazim İbrahimov ümumiyyətlə oyundan çıxarılır. Belə ki, Avropada diaspora işləri demək olar ki, tamlıqla Taleh Heydərovun nəzarətindədir və ciddi də uğurları var. ABŞ-da diaspora işləri rəsmən Anar Məmmədova həvalə edildi və qısa zaman ərzində Anar Məmmədov real addımlar ata bildi. İndi isə Rusiya diasporası Abbas Abbasova həvvalə olundu. Ekspertlər bildirir ki, bütün bunlar təsdiqləyir ki, artıq komitəyə inam qalmayıb və yaxın vaxtlarda Nazim İbrahimov tutduğu vəzifədən də kənarlaşdırılacaq.
Maraqlıdır, bəs yeni yaradılan təşkilatın siyasi xətti necə olacaq? Ekspertlər bildirir ki, hazırda təşkilat üzvlərindən yalnız Rüstəm İbrahimbəyovla, Söyün Sadıqovun baxışları fərqlidir və çıxışlarında müxalif ruhu üstünlük təşkil edir. Amma buda vurğulanır ki, hər iki şəxs əslində prezidentə qarşı yox, hakimiyyət daxilində ki, hansısa quruplaşmalara qarşı aqressivdirlər. Buna görə də güman edilir ki, təşkilat mövcud hakimiyyəti dəstəkləyəcək və prezident seçkilərində təşkilat İlham Əliyevə dəstək verəcəklər.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44