Beyləqan rayonunun Birinci Şahsevən kəndində ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları və altında təmirə dayanan “BMW” markalı minik avtomobilinin yanar hissələri, “Hyundai”, “Kia” və "Mercedes" markalı minik avtomobillərinin mühərrik hissələri yanıb.
Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avtomobillərin qalan hissəsi, bitişik sex və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.