“Çiçəklənən Ermənistan” partiyasının deputatı Gevorq Petrosyan baş nazir Nikol Paşinyanı dərhal istefa verməyə çağırıb.
Unikal.org xəbər verir ki, deputat baş nazirin həbs etdirdiyi şəxslərin bu cür cəzalardan qorxmadığını bildirib.
"Müharibədə məğlub olan və torpaqları təhvil verən siyasətçinin liderliklə heç bir əlaqəsi yoxdur”, - deyən Petrosyan artıq heç kimin Paşinyanı dövlət başçısı kimi görmək istəmədiyini diqqətə çatdırıb.