İsveç istehsalı "the Pod" adlı ağır yük maşınlarını təqdim edilib. 

Unikal.org xəbər verir ki, bu avtonom nəqliyyat vasitələrinin gələn il yolda olacağı gözlənilir.

Şirkətin CEO-su və qurucusu Robert Falck, Pod adlanan avtomobilin "müştəri və istifadə üçün dizayn edilmiş" olduğunu söyləyib.

Şirkətin məqsədi uzaqdan idarə oluna bilən yük maşınları əldə etməkdir. Bundan əlavə, bu nəqliyyat vasitələri tamamilə elektrikli sistemlə işləyəcək. Beləcə, davamlılığı artırarkən xərcləri azaltmağa da kömək edəcək. Firmanın açıqlamasına görə, Pod ümumi yollarda işləyən dünyanın ilk elektrikli avtonom nəqliyyat vasitəsi olacaq.

Hazırda şirkət dörd fərqli vasitə üzərində işləyir. Bunlardan biri qapalı şəbəkələr üçün uyğundur və saatda 35 kilometr sürət əldə edə bilir. 130-172 kilometr mənzilli avtomobilin yük tutumunun 16 ton olduğu bildirilir.